Türkiyədə dövlət çevirlişinə cəhd — 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.
Türkiyədə dövlət çevrilişinə cəhd | |||
---|---|---|---|
![]() | |||
Tarix | 15—16 iyul 2016 | ||
Yeri | Ankara[1] • İstanbul[2] • Malatya[3] • Muğla[4] | ||
Səbəbi | AKP—Gülən hərəkatı qarşıdurması | ||
Nəticəsi |
● Ordu qüvvələri və polis arasında gərgin qarşıdurma olmuş, mülki şəxslər həlak olmuşdur.[5] ● Türkiyə Böyük Millət Məclisi bombalanmışdır.[6] ● Ölkə daxilində çevrilişcilərə qarşı həbslər və araşdırmalar başladı.[7][8] ● Ümumilikdə 83.045 nəfər Türkiyə Silahlı Qüvvələrindən çıxarıldı.[9] ● 2 ay müddətində, üç aylıq dövrdə 7 dəfə fövqəladə vəziyyət elan edildi.[10][11][12] ● Hökumət siyasətinə qarşı çıxan müxtəlif bölmələr tərəfindən çevrilişci olduğu iddia edilən insanların təsviyyəsi, fövqəladə vəziyyət rejimində hökumət tərəfindən genişləndirilmiş və müxtəlif anti-hökumət qruplarına qarşı tədbirlər görülmüşdür.[13][14][15][16] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
![]() |
Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.
Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı.
İstanbuldaki Boğaziçi və Fatih Sultan Mehmet köprüsünün jandarma tarafından bağlanılması ilə başlayan vaxtda, TBMM başqanı İsmail Kahraman və təxmini 50-yədək millət vəkilinin məclisdə olduğu vaxt F-16 döyüş təyyarələri məclis üzərində uçuş edərək parlamenti dörd dəfə bombaladı. Ankaranın Beştepe səmtində yerləşən Cumhurbaşkanlığı Sarayına bombalama cəhdi olsa da da, uğurlu olmamışdır, Muğla'nın Marmaris bölgəsində bir hoteldə olan prezident Recep Tayyip Erdoğana qarşı suiqəsdə cəhd olundu. Baş qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandiri Salih Zeki Çolak, Hava Qüvvələri komandiri Abidin Ünal ve Jandarma Baş komandiri Galip Mendi çevrilişi reallaşdıran əsgərlər tərəfindən girov götürüldü.
Hadisələr bağlı olaraq Prezident Recep Tayyip Erdoğan, CNN Türkdə FaceTime vasitəsilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlara çıxıb çevrilişə qarşı çıxmağa çağırdı. Bununla da ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edildi.
16 iyul səhərinə kimi ordu və polisin ortaq əməliyyatları nəticəsində çevriliş basdırıldı. Bu hadisələr nəticəsində 104-ü çevrilişçi əsgərlər olmaqla 300-dən artıq insan həyatını itirdi, 1491 nəfər isə yaralandı.
İstanbul Bakırköy Respublika Baş Prokurorluğu, Anadolu Respublika Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin "hökuməti aradan qaldırmaq","prezidentə qarşı sui-qəsd","əhalini üsyana təhrik etmək" və s. digər maddələr əsasında cinayət işi qaldırıldı. Aparılan araşdırmalar nəticəsində müxtəlif rütbəli 8036 hərbçi həbs edildi. Həbs edilənlər yalnız əsgərlər deyildi. Bura professorlar, müəllimlər, idmançılar və digər peşə sahibləri var idi. Onların sayı günü-gündən artdı. Konstitusiyaya əsasən ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edildi.
Çevrilişdə səbabkarı kimi uzun illərdir ABŞ-də yaşayan dini xadim Fətullah Gülən və tərafdarının adı çəkilir (Fətullahçı Terror Təşkilatı).
Hərbi çevrilişə cəhd 1962, 1963, 1969 və 1971-dən sonra uğursuz olan 5-ci müdaxilə kimi tarixə keçdi.
Prezident Rəcəb Tayyib Ərdoğan:
Baş Nazir Binəli Yıldırım:
İstanbul valisi Vasip Şahin: