. Love.az

Turkiyede Prezident Seckileri 2018 - Wikipedia - Love.az

Ana Səhifə - Turkiyede Prezident Seckileri 2018

2018-ci il Türkiyə prezident seçkiləri — 24 iyun 2018-ci ildə Türkiyədə keçirilən prezident seçkiləri.[1] 2018-ci ildə Türkiyədə keçirilən Parlament seçkilərlə eyni gündə keçirilib. Bu, 2017-ci il Türkiyə Konstitusiya dəyişikliyi referendumu təsdiq edildikdən sonra keçirilən ilk prezident seçkiləridir. [2]

← 2014  Türkiyə  2023 →
2018 Türkiyə prezident seçkiləri
  • 24 iyun 2018
Namizəd Rəcəb Tayyib Ərdoğan Məhərrəm İncə Səlahəddin Dəmirtaş
Partiya AKP Cümhuriyyət Xalq Partiyası Xalqların Demokratik Partiyası
Namizəd Meral Akşenər
Partiya İYİ Partiya
Vilayətlər üzrə nəticələr

Seçkilər ilkin olaraq 2019-cu ilin noyabr ayına təyin edilmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı 2017-ci il konstitusiya dəyişikliklərinin qüvvəyə minməsini əsas ğörərək “artıq gözləməməyə” ehtiyac olmadığını söyləyiblər.[3] Bunun ardınca 2018-ci il seçkiləri ilə baş nazir vəzifəsi ləğv edildi və prezidentlik sisteminin ilk hökuməti fəaliyyətə başladı.

Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürüb. Səlahəddin Dəmirtaş ikinci dəfə namizədliyini irəli sürərkən, Məhərrəm İncə, Meral Akşenər, Temel Karamollaoğlu və Doğu Perinçek də prezidentliyə namizəd olacaqlarını açıqlayıblar. Ərdoğan seçkidə ilk turda səs çoxluğu ilə qalib gəldi.[4]

Mündəricat

  • 1 Arxa planı
  • 2 Namizədlər
    • 2.1 Şərtləri
    • 2.2 Namizədlərin müəyyənləşdirilməsi
      • 2.2.1 Xalq Alyansı
      • 2.2.2 Cümhuriyyət Xalq Partiyası
      • 2.2.3 Xalqların Demokratik Partiyası
      • 2.2.4 İYİ Partiya
      • 2.2.5 Səadət Partiyası
      • 2.2.6 Vətən Partiyası
      • 2.2.7 Namizəd ola bilməyənlər
      • 2.2.8 Rəsmi namizədlər
      • 2.2.9 İmza toplama prosesi
  • 3 Kampaniyalar
    • 3.1 Ərdoğanın kampaniyası
    • 3.2 Məhərrəm İncənin kampaniyası
    • 3.3 Dəmirtaşın kampaniyası
    • 3.4 Meral Akşenərin kampaniyası
    • 3.5 Karamollaoğlunun kampaniyası
    • 3.6 Pərinçəkin kampaniyası
  • 4 Qrafik xülasə
  • 5 Reaksiyalar
    • 5.1 Ölkələr
    • 5.2 Beynəlxalq təşkilatlar
  • 6 Həmçinin bax
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Arxa planı

redaktə

2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdindən sonra ölkədə fövqəladə vəziyyət elan edildi. 2017-ci ildə Türkiyədə keçirilən konstitusiya dəyişikliyi referendumundan sonra ölkənin idarəetmə forması prezidentlik sistemi olaraq təyin olundu. 2017-ci ilin noyabrında Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Ədalət və İnkişaf Partiyası ilə ittifaq təklifi edib və 2018-ci ilin fevralında Xalq Alyansı yaradılıb.[5] Normal şəraitdə seçkinin 3 noyabr 2019-cu ildə keçirilməsi nəzərdə tutulurdu, lakin Baxçalının növbədənkənar seçkiləri lazım bildiyini və prezident Rəcəb Tayyib Ərdoğanın 18 aprel 2018-ci ildə məsələyə müsbət yanaşdığını bildirməsindən sonra yeni seçki tarixi irəli sürüldü.[3] Elə həmin gün fövqəladə vəziyyət rejimi seçki tarixini də daxil etmək üçün daha üç ay uzadılıb.[6]

20 aprel 2018-ci ildə Türkiyə Böyük Millət Məclisində növbədənkənar seçki təklifi qəbul edildi.[7]

Namizədlər

redaktə

Şərtləri

redaktə

Türkiyə Respublikasının Konstitusiyasının 101-ci maddəsinə əsasən, prezident “40 yaşına çatmış, ali təhsili başa vurmuş, millət vəkili seçilmək hüququ olan Türkiyə vətəndaşları arasından birbaşa olaraq xalq tərəfindən seçilir”. Ən son Parlament seçkilərində "fərdi və ya kollektiv şəkildə ümumi etibarlı səslərin ən azı beş faizini və ən azı yüz min seçicini toplayan siyasi partiyalar" prezidentliyə namizəd irəli sürə bilər.[7]

Namizədlərin müəyyənləşdirilməsi

redaktə

Xalq Alyansı

redaktə

Hazırkı prezident, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan namizəd ola biləcəyini bəyan edib.[8] Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı 8 yanvar 2018-ci ildə seçkilərdə namizəd olmayacağını və partiyası Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlamışdı.[9] Böyük Birlik Partiyasının sədri Mustafa Destici 19 aprel 2018-ci il tarixli açıqlamasında Ərdoğanı dəstəkləyəcəklərini bildirib.[10] Ərdoğan 27 aprel 2018-ci ildə millət vəkillərinin namizədliyi üçün tələb olunan razılıq formasını imzalayıb.[11] MHP 2 may 2018-ci ildə Ərdoğanın namizədliyi ilə bağlı qrup qərarını verdi. AK Partiya da 3 may 2018-ci ildə 316 millət vəkilinin imzaladığı qərar ilə Ərdoğanın namizədliyini irəli sürüb.[12] MHP sədri Dövlət Baxçalı və AK Partiyanın üzvü, baş nazir Binəli Yıldırım Ərdoğanın namizədlik ərizəsini 4 may 2018-ci il tarixində Yüksək Seçki Komissiyasına təqdim etdilər.[13]

Cümhuriyyət Xalq Partiyası

redaktə

Cümhuriyyət Xalq Partiyasından olan millət vəkilləri Öztürk Yılmaz və Didem Engin 20 aprel 2018-ci ildə namizədliklərini açıqladılar.[14] CHP Partiya Məclisi prezidentliyə namizədin müəyyən edilməsi səlahiyyətini başqan Kamal Kılıçdaroğluna verdi.[15] Kılıçdaroğlu namizəd olmayacağını və namizədin müəyyənləşməsi üçün çalışacağını açıqlayıb.[16] CHP 4 may 2018-ci ildə 110 millət vəkilinin imzaladığı qrup qərarı ilə Məhərrəm İncənin namizədliyini irəli sürüb.[17] Bir gün sonra İncənin namizədlik ərizəsi Ali Seçki Şurasına göndərildi.[18]

Xalqların Demokratik Partiyası

redaktə

Xalqların Demokratik Partiyası Səlahəddin Dəmirtaşın namizədliyini irəli sürəcəyini açıqladı.[19] Namizədliyin rəsmi elanı 4 may 2018-ci ildə verildi. 11 may 2018-ci il tarixində Milli Müdafiə Nazirliyinin keçmiş baş katibi hazırda həbsdə olan Səlahəddin Dəmirtaşın namizədliyinin ləğvi üçün Ali Seçki Komissiyasına müraciət edib.[20] Ali Seçki Şurası ərizəni rədd etdi.[21]

İYİ Partiya

redaktə

İYİ Partiyasının sədri Meral Akşenər 100.000 imza toplayacağı təqdirdə prezidentliyə namizəd olacağını açıqlayıb və 2 may 2018-ci ildə namizədlik üçün rəsmi müraciət edib.[22] O, 4 may 2018-ci ildə seçicilərin namizədlər irəli sürə biləcəyi ilk gündə tələb olunan 100.000 imzaya çataraq namizəd olmaq hüququ qazanıb.[23]

Səadət Partiyası

redaktə

Səadət Partiyası ortaq namizəd irəli sürmək üçün müxalifət partiyaları ilə danışıqlar aparıb və 11-ci prezident Abdullah Gülün namizəd kimi irəli sürülməsini təklif edib. CHP bu təklifə müsbət yanaşıb.[24] Lakin Akşenər namizədliyini geri götürməyəcəyini açıqladı.[25] Bunun üzərinə Gül 28 aprel 2018-ci ildə verdiyi açıqlamada geniş konsensus əldə olunmadığı üçün namizəd olmayacağını açıqladı.[26] Abdulla Gülün namizədliyi uğursuz olduqdan sonra Təməl Karamollaoğlu 2018-ci il mayın 1-də Səadət Partiyasından prezidentliyə namizədi oldu.[27] Karamollaoğlu rəsmi namizədlik ərizəsini 2 may 2018-ci ildə edib.[28] O, 6 may 2018-ci ildə seçicilərin namizədlər irəli sürə biləcəyi üçüncü gündə tələb olunan 100.000 imzaya çataraq namizəd olmaq hüququ qazandı.[29]

Vətən Partiyası

redaktə

Vətən Partiyası lideri Doğu Pərinçəkin namizədliyini irəli sürəcəyini açıqladı və Pərinçəkin namizədlik ərizəsi 1 may 2018-ci ildə edildi.[30] Pərinçək, seçicilərin namizəd təklif edə biləcəyi altıncı və son gün olan 9 May 2018-ci ildə tələb olunan 100.000 imzaya çataraq namizəd olmaq hüququ qazanıb.[31][32]

Namizəd ola bilməyənlər

redaktə

Ədalət Partiyasının sədri Vecdət Öz Ana Vətən Partiyası və Doğru Yol Partiyasının dəstəyi ilə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. 2 may 2018-ci ildə rəsmi namizədlik ərizəsini verən Vecdət Öz, 4-9 may 2018-ci il tarixləri arasında cəmi 3030 seçicinin dəstəyini qazanaraq namizəd ola bilməyib.[33][34]

Rəsmi namizədlər

redaktə

Ali Seçki Şurası rəsmi namizədləri 13 may 2018-ci ildə elan edib.[35]

Prezidentliyə namizədlərin rəsmi siyahısı seçki bülletenində görünmə qaydası ilə[36]
1 2 3 4 5 6
   
 
   
 
Məhərrəm İncə Meral Akşenər Rəcəb Tayyib Ərdoğan Səlahəddin Dəmirtaş Təməl Karamollaoğlu Doğu Pərinçək
CHP
(Cümhuriyyət Xalq Partiyası)
İYİ Partiya AK Parti
(Ədalət və İnkişaf Partiyası)
Xalqların Demokratik Partiyası Səadət Partiyası Vətən Partiyası

İmza toplama prosesi

redaktə

Mayın 4-dən 9-na kimi seçkilər keçirilib və insanlar yerli seçki şuralarının şöbələrində seçdikləri prezidentliyə namizədləri imzalaya biliblər. Onlara yalnız bir namizədi imzalamağa icazə verilib. Rəsmi namizəd olmaq üçün tələb olunan imzaların sayı 100 min idi.

Xaricdə yaşayan vətəndaşlara dəstəklədikləri namizədlər üçün imzalanmış bəyannamələri poçt vasitəsilə Türkiyədə yerli seçki şuralarına göndərməyə icazə verilib. 17-si Akşenər, 18-i Karamollaoğlu, 35-i Pərinçək olmaqla, 72 nəfər imzalayıb.[37]

Partiya Namizəd Gündəlik imzalar
4 May[38] 5 May[39] 6 May[40] 7 May[41] 8 May[42] 9 May[43]
İyi Partiya Meral Akşenər 127,850 173,569 207,142 232,744 246,684 255,582
Səadət Partiyası Təməl Karamollaoğlu 44,959 95,168 135,945}} 150,134 160,680 167,967
Vətən Partiyası Doğu Pərinçək 14,555 26,845 45,026 65,433 93,919 118,575}}
Ak Partiya Vecdet Öz 231 706 1,256 2,015 2,505 3,030
Cəmi 187,595 296,288 389,369 450,426 503,788 545,154

Kampaniyalar

redaktə

Ərdoğanın kampaniyası

redaktə
 
Rəcəb Tayyib Ərdoğan 23 iyun 2018-ci ildə İstanbulda Ədalət və İnkişaf Partiyasının mitinqində çıxış edir.

Rəcəb Tayyib Ərdoğan ilk mitinqini 28 aprel 2018-ci ildə İzmirdə keçirdi.[44] Ərdoğanın seçkiyə qədər 55 vilayətdə mitinqlər keçirəcəyi açıqlanıb. O, həmçinin 2018-ci il mayın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropada yaşayan türklərlə görüşmək üçün mitinq keçirib.[45][46]

Ərdoğan 24 may 2018-ci ildə Ankarada partiyasının seçki manifestini açıqladı. Ərdoğanın şüarları “Türkiyə zamanı” və “Güclü demokratiya, güclü iqtisadiyyat” olub.[47][48]

Məhərrəm İncənin kampaniyası

redaktə
 
Məhərrəm İncə mayın 4-də CHP-nin prezidentliyə namizədi elan ediləndə

Məhərrəm İncə 4 may 2018-ci ildə namizədliyi açıqlanarkən Türkiyə Böyük Millət Məclisinin birinci binası qarşısına toplaşan kütlə qarşısında çıxış edib.[49] Onun ilk mitinqi 5 may 2018-ci ildə Yalovada keçirilib.[50] O, 2018-ci il mayın 10-da aktivlərini mətbuata açıqlayıb.[51] O, prezident seçiləcəyi təqdirdə CHP üzvlüyündən çıxacağını və bitərəf olacağını, ölkənin parlament sistemi olaraq idarə formasını bərpa edəcəyini, fövqəladə vəziyyəti ləğv edəcəyini, Prezident Köşkü əvəzinə Çankaya Köşkündə yaşayacağını, sarayın tələbələrin istifadəsinə veriləcəyini açıqladı. 19 və 29 oktyabrda Türkiyə Cəza Məcəlləsində prezidenti təhqir etmə cinayətinin ləğv ediləcəyini bildirib.[52][53][54] İncənin kampaniyası üçün seçilən şüar "Türkiyəyə zəmanət, Məhərrəm İncə" idi.[55] 19 may 2018-ci ildə Samsunda seçki manifestini açıqladı.[56] Kampaniya boyu 107 mitinq keçirdi.[57]

Dəmirtaşın kampaniyası

redaktə
 
Səlahəddin Dəmirtaşın həbsdə olduğu Ədirnə həbsxanasının qarşısında kampaniyaya start verilir, 25 may

Səlahəddin Dəmirtaş 2016-cı ilin noyabr ayından həbsdə olduğu üçün təbliğat kampaniyasını vəkilləri vasitəsilə aparırdı.[58] Kampaniya boyu “Vətəndaş, Yoldaş, Dost Dəmirtaş”, “Tu Dikari” (Sən bacararsan) və “Mırovekî Baş Demirtaş” (Yaxşı Adam Demirtaş) şüarlarından istifadə edilirdi.[59]

Meral Akşenərin kampaniyası

redaktə
 
Meral Akşənər 25 oktyabr 2017-ci ildə

Meral Akşenər 100 min imza ilə prezidentliyə namizəd olduqdan sonra ilk mitinqini 5 may 2018-ci ildə Qəhrəmanmaraşda keçirdi.[60][61] O, söz verib ki, prezident seçilərsə, Türkiyə Dayanışma Fondu adlı fond yaradacaq və 4,5 milyon insanın borcunun ən azı 80%-ni siləcək.[62] Akşener seçki kampaniyasına 14 may 2018-ci ildə Ankarada keçirdiyi toplantı ilə başlayıb və "Üzünü Günəşə çevir, Türkiyə" şüarını işlədib. O, 2018-ci il mayın 30-da Ankarada seçki manifestini açıqlayıb.[63]

Karamollaoğlunun kampaniyası

redaktə
 
Karamollaoğlu və CHP lideri Kamal Kılıçdaroğlu 23 aprel 2018-ci ildə ortaq namizədi müzakirə etmək üçün görüşəcək.

Təməl Karamollaoğlunun namizədliyi üçün Kızılay meydanında qurulan imzatoplama stendi 3 may 2018-ci ildə hücuma məruz qalıb.[64] Karamollaoğlu ilk mitinqini 13 may 2018-ci ildə Sivasda keçirdi.[65] Seçim şüarı isə Güzel günler için #DEĞİŞTİR oldu.[66]

Pərinçəkin kampaniyası

redaktə

Doğu Pərinçək seçki manifestini 20 may 2018-ci ildə Ankarada açıqladı.[67] O, prezident seçiləcəyi təqdirdə Türkiyəni NATO-dan çıxarıb Şanxay Əməkdaşlıq Təşkilatına üzv edəcəyinə söz vermişdir.[68]

Qrafik xülasə

redaktə
 

Reaksiyalar

redaktə

Ölkələr

redaktə
  •   – Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.[69]
  •   – Fransa prezidenti Emmanuel Makron Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.[70]
  •   – Almaniya kansleri Angela Merkel Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.[69]
  •   – İran prezidenti Həsən Ruhani Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.[69]
  •   – Russian President Vladimir Putin congratulated Erdoğan on his election victory.[71]
  •   – Böyük Britaniyanın baş naziri Tereza Mey Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.[72]
  •   – ABŞ prezidenti Donald Tramp Ərdoğana zəng edərək onu seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.[73]

Beynəlxalq təşkilatlar

redaktə
  •   Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının sədri Y. Jan-Klod Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik ediblər.[74]

Həmçinin bax

redaktə
  • Türkiyə Prezidenti
  • Türkiyə Konstitusiya dəyişikliyi referendumu (2017)

İstinadlar

redaktə
  1. ↑ Seçimler ikinci tura kalırsa hangi tarihte yapılacak
  2. ↑ Turkey referendum: Erdoğan wins vote amid dispute over ballots – as it happened
  3. ↑ 1 2 Erdoğan erken seçim tarihini açıkladı
  4. ↑ YSK Başkanı Sadi Güven: Erdoğan geçerli oyların salt çoğunluğunu aldı
  5. ↑ AK Parti Genel Sekreteri Şahin: Cumhur ittifakı, milletimizin ortak iradesinin sonucudur
  6. ↑ Olağanüstü halin (OHAL) 3 ay daha uzatılmasına ilişkin Başbakanlık tezkeresi, TBMM Genel Kurulunda kabul edildi
  7. ↑ 1 2 Erken seçim teklifi TBMM'de kabul edildi
  8. ↑ 'ABD’li askerler ile YPG’liler yan yana'
  9. ↑ Bahçeli'den 'Cumhurbaşkanlığı adaylığı' açıklaması
  10. ↑ BBP Genel Başkanı Destici: Seçimlerde Erdoğan'ı destekliyoruz
  11. ↑ Cumhurbaşkanı Erdoğan, adaylık için muvafakatnameyi imzalayarak AK Parti Grup Başkanvekillerine teslim etti
  12. ↑ AK Parti'nin Cumhurbaşkanı adayı Recep Tayyip Erdoğan
  13. ↑ Cumhur İttifakı'nın protokolü belli oldu
  14. ↑ CHP'li Öztürk Yılmaz ve Didem Engin cumhurbaşkanlığı için adaylıklarını açıkladı
  15. ↑ CHP PM, Kılıçdaroğlu'na ittifak yetkisi verdi
  16. ↑ Kılıçdaroğlu'ndan aday tarifi: Kavgacı olmayacak, başarı öyküsü olacak
  17. ↑ CHP'nin adayı resmen Muharrem İnce... İnce'den ilk sözler
  18. ↑ CHP, İnce için YSK'ya adaylık başvurusu yaptı
  19. ↑ HDP’nin Cumhurbaşkanı adayı Demirtaş oldu
  20. ↑ CHP'nin adayı resmen Muharrem İnce... İnce'den ilk sözler
  21. ↑ Abdullah Zeydan - Selahattin DemirtaşYSK, Demirtaş'ın adaylığının iptali için yapılan başvuruyu reddetti
  22. ↑ Meral Akşener’den Cumhurbaşkanlığı adaylığı açıklaması
  23. ↑ Meral Akşener 100 bin imzayı 4 saatte topladı
  24. ↑ CHP "Gül'de ısrarlı"
  25. ↑ Akşener: Keşke Abdullah Gül de aday olsa
  26. ↑ Abdullah Gül günlerdir beklenen açıklamayı yaptı: Adaylığımla ilgili bir süreç artık söz konusu değil
  27. ↑ Son dakika... Saadet Partisi cumhurbaşkanı adayını açıkladı
  28. ↑ Karamollaoğlu YSK'ya başvurdu
  29. ↑ "İmzada son durum... Hangi aday ne kadar topladı?"
  30. ↑ Vatan Partisi Genel Başkan Yardımcısı Mehmet Bedri Gültekin, 2019 yılında yapılacak başkanlık seçimlerinde partinin Genel Başkanı Doğu Perinçek'in adayları olduğunu açıkladı
  31. ↑ Vatan Partisi lideri Doğu Perinçek cumhurbaşkanı adayı oldu
  32. ↑ 'İmza'da son: Akşener, Karamollaoğlu ve Perinçek 100 bini geçti, Öz 2 bin 900'de kaldı
  33. ↑ Adalet Partisi (AP) Genel Başkanı Vecdet Öz 100 bin imza ile cumhurbaşkanı adaylığı için Yüksek Seçim Kurulu’na (YSK) başvurdu
  34. ↑ YSK, Cumhurbaşkanı adaylarını açıkladı
  35. ↑ "Archived copy" (PDF). 14 May 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 13 May 2018.
  36. ↑ "YSK'da kura çekimleri yapıldı! Cumhurbaşkanı adaylarının sıralaması belli oldu". 14 May 2018. İstifadə tarixi: 15 May 2018.
  37. ↑ 5. günün sonunda son durum! Perinçek
  38. ↑ "100 Bin İmzada İlk Gün Atılan İmza Sayıları Belli Oldu - Bingöl Net - Bingöl Haberleri - Bingöl Son Dakika". 4 May 2018. 6 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 May 2018.
  39. ↑ "100 bin imzada hangi aday kaç imza topladı?". 6 May 2018. İstifadə tarixi: 7 May 2018.
  40. ↑ "Meral Akşener iki yüz bin imzaya ulaştı". İstifadə tarixi: 7 May 2018.
  41. ↑ "Cumhurbaşlanlığı adayları için imza verme işleminde 4. gün sona erdi". 7 May 2018. İstifadə tarixi: 7 May 2018.
  42. ↑ "Cumhurbaşkanlığı adayları için imza verme işleminde son gün". 9 May 2018. İstifadə tarixi: 15 May 2018.
  43. ↑ "100 bin imza süreci sona erdi… İşte son durum". Cumhuriyegt. İstifadə tarixi: 9 May 2018.
  44. ↑ SON DAKİKA... Cumhurbaşkanı Erdoğan AK Parti'nin seçim manifestosunu açıklıyor
  45. ↑ Bosna Hersek’te Erdoğan’ın seçim etkinliği planlarına tepki
  46. ↑ Cumhurbaşkanı Erdoğan, Avrupa'daki Türklere seslendi
  47. ↑ "AK Parti Seçim Beyannamesi ve Aday Tanıtım Toplantısı".
  48. ↑ Erdoğan’dan 360 sayfalık seçim beyannamesi
  49. ↑ "Muharrem İnce 1. Meclis'in önünde konuştu"
  50. ↑ Muharrem İnce seçim startını Yalova'dan verdi
  51. ↑ https://web.archive.org/web/20180520054841/https://www.ntv.com.tr/turkiye/muharrem-ince-mal-varligini-acikladi,Wryw-B0dREe8S1elBJBv5w Muharrem İnce mal varlığını açıkladı
  52. ↑ Muharrem İnce seçim startını Yalova'dan verdi
  53. ↑ Muharrem İnce ilk vaadini açıkladı
  54. ↑ Muharrem İnce, ‘cumhurbaşkanı olursa’: İlk iş OHAL’i kaldırmak
  55. ↑ İşte Muharrem İnce'nin afişi ve sloganı
  56. ↑ İşte Muharrem İnce'nin seçim manifestosu
  57. ↑ İnce 107; Akşener 71, Erdoğan 43 miting yaptı…
  58. ↑ HDP'nin adayı Demirtaş'tan ilk mesaj
  59. ↑ HDP, tutuklu bulunan eski HDP Eş Genel Başkanı Selahattin Demirtaş’ın cumhurbaşkanı adaylığını resmi olarak duyurdu
  60. ↑ Meral Akşener: 24 Haziran’a kadar o fabrikalara sakın eliniz sürmeyin
  61. ↑ Akşener: 24 Haziran'da cumhurbaşkanı seçileceğime inanıyorum
  62. ↑ "Akşener'den 'borç silme' vaadi..."
  63. ↑ İYİ Parti seçim beyannamesini açıkladı
  64. ↑ Ankara’da Saadet Partisi standına saldırı gerçekleştirildi
  65. ↑ Temel Karamollaoğlu'ndan ilk miting
  66. ↑ Güzel günler için #DEĞİŞTİR
  67. ↑ Son Dakika: Vatan Partisi seçim bildirgesini açıkladı
  68. ↑ Perinçek’ten ‘Türkiye NATO’dan çıkacak, ŞİÖ’ye üye olacak’ vaadi
  69. ↑ 1 2 3 "World leaders congratulate Erdoğan on election results". dailysabah.com. 25 June 2018.
  70. ↑ "Macron'dan Cumhurbaşkanı Erdoğan'a kutlama". aa.com.tr (türk). 26 June 2018.
  71. ↑ "Vladimir Putin Congratulates Turkey's Tayyip Erdogan's For Election Win". ndtv.com. 25 June 2018.
  72. ↑ "May, Cumhurbaşkanı Erdoğan'ı tebrik etti". trthaber.com (türk). 25 June 2018.
  73. ↑ "Trump, Erdogan Talk on Phone After Turkey Elections". voanews.com. 26 June 2018.
  74. ↑ "Joint letter of President Tusk and President Juncker to Recep Tayyip Erdoğan, President of Turkey". europa.eu. 26 June 2018.

Xarici keçidlər

redaktə
  Vikianbarda Türkiyədə prezident seçkiləri ilə əlaqəli mediafayllar var.
  "Türkiyə" portalı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Türkiyədə_prezident_seçkiləri_(2018)&oldid=8133535"
LOVE.AZ