Türkləşdirmə — əhalinin və ya yerlərin mədəniyyət, dil, tarix və ya etnik mənsubiyyət kimi türk atributlarını qəbul etdiyi və ya mənimsədiyi yerdəyişməni təsvir edir. Bununla belə, çox vaxt bu termin daha dar mənada sadəcə türk deyil, konkret türkiyəli mənasında tətbiq edilir, buna görə də Osmanlı imperiyasına və Türkiyə Respublikasının Türkiyədə yaşayan etnik azlıqlara qarşı türk milliyətçi siyasətinə xitab edilir. Türk dövlətləri inkişaf etdikcə və böyüdükcə bu mədəni dəyişikliyin bir çox nümunələri olmuşdur.
Türkləşmənin ən erkən nümunəsi Mərkəzi Asiyada baş bermişdir. O zaman b.e. VI əsrində Daxili Asiyadan türk tayfalarının köçü regionda yaşayan İran xalqları arasında dil dəyişikliyinə səbəb olmuşdur.[1] Həmçinin, b.e. VIII əsrinə qədər Qaşqarın türkləşdirilməsini qarluq türkləri başa çatdırmış və əhalini islamlaşdırmışdılar.[2]
O zamanlar əsasən ellinləşdirilmiş yunandilli müxtəlif xalqların yaşadığı Anadolunun türkləşməsi Səlcuqlu imperiyası və Rum suultanlığı dövründə baş vermişdir.[3][4][5]
XX əsrdən əvvəl Anadolu, Balkan, Qafqaz və Yaxın Şərq vilayətlərinin osmanlılaşmaya məruz qaldığı deyilirdi. XX əsrdə Türkiyə milliyətçiliyinin yüksəlişindən sonra "türkləşdirmə" "osmanlılaşdırma" ilə əvəz olunmağa başlamışdı.[6]
Termin yunan dilində Bizans imperiyası dövründə, 1300-cü illərdən dövründən "εκτουρκισμός" və ya "τούρκεμα" kimi istifadə edilmişdir. Bu, hərfi mənada "türk olmaq" deməkdir. Bu ifadə şəxslərdən başqa türklər tərəfindən fəth edilən şəhərlərə və ya məscidə çevrilmiş kilsələrə də aid edilirdi. Daha çox "τουρκεύω" ("türkləşdirmək" və ya "türk olmaq") fel şəklində istifadə olunur.[7][8][9]
So the Seljuk sultanate was a successor state ruling part of the medieval Greek empire, and within it the process of Turkification of a previously Hellenized Anatolian population continued. That population must already have been of very mixed ancestry, deriving from ancient Hittite, Phrygian, Cappadocian, and other civilizations as well as Roman and Greek.
Subsequently, hellenization of the elites transformed Anatolia into a largely Greek-speaking region