. Love.az

Turkmenistan Ituzumu - Wikipedia - Love.az

Ana Səhifə - Turkmenistan Ituzumu
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz.

Türkmənistan itüzümü (lat. Lycium turcomanicum)

Türkmənistan itüzümü
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Mənbə

Təbii yayılması

redaktə

Mərkəzi Asiyada, İranda, Şimali Amerikada, Çində, Türkmənistanda, Qazağıstanda, Özbəkistanda yayılmışdır.

Botaniki təsviri

redaktə

Hündürlüyü 0,60-1,25 m, çox iynəli, ağımtıl gövdələri çox şaxələnmiş, çoxillik koldur. Kök sisteminin dərinliyi 1,5–2 m-dir. Yarpaqları növbəli, ellipsvari-uzunsov (uzunluğu 5–20 mm, eni 3–7 mm), qısa saplaqları möhkəm olmaqla, iynələrin ətrafında yerləşmişdir. Çiçəkləri ağ-bənövşəyi, çiçək qrupunda 1-6 ədəddir. Tozcuğun toxumu 2 hüceyrəlidir. Yumurtalığı yaxşıdır. Aprel, may aylarında çiçəkləyir. Meyvələri 3–4 mm diametrində qara rəngdə olub, şirintəhər, xoşagəlməyən iy verir. Toxumları kiçik, embrion kəsikli, ətrafında böyük endosperma yerləşir. Üst qatı bərk, qalın olub, 2-4 ay ərzində, may-sentyabr aylarına qədər yetişir. Payızda-qışda yarpaqları və meyvələri kolun üzərindəki sıx iynələrə görə çətin seçilir.

Ekologiyası

redaktə

Kserofit, freatrofit bitki olub çay kənarlarlında, nisbətən quru ərazilərdə rast gəlinir.

Azərbaycanda yayılması

redaktə

Kiçik Qafqazda, Kür-Araz ovalığında, Naxçıvanda təbii halda yayılmışdır.

İstifadəsi

redaktə

Uzun müddətli çiçəkləyir. Canlı çəpərlərin salınmasında istifadə edilir. Yaşıl yarpaqları və yetişmiş meyvələri mal-qara tərəfindən yeyilir.

Mənbə

redaktə
  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Türkmənistan_itüzümü&oldid=7172569"
LOVE.AZ