Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Tınçtıkbek Kadırmambetoviç Çoroteqin (28 mart 1959)—qırğız tarixçisi və jurnalisti, tarix elmləri doktoru (1998), professor (2002).
Tınçtıkbek Çoroteqin | |
---|---|
Tınçtıkbek Kadırmambetoviç Çoroteqin | |
Doğum tarixi | (66 yaş) |
Doğum yeri |
Narin vilayəti, ![]() |
Elm sahələri | tarix, türkologiya |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Börü Əhmədov |
Mükafatları |
![]() ![]() |
![]() |
Tınçtıkbek Kadırmambetoviç Çoroyev 28 mart 1959-cu ildə Qırğızıstanın Narin vilayətinin Narın reyonundakı Eçki-başı kəndində anadan olub. İbtidai məktəbi doğma kəndində oxuyub (1966–1974). Sonra orta təhsilini Narın şəhərində davam etdirib (1974–1976). 1976-cı ildə Yusup Balasaqun adına Qırğız Milli Universitetin tarix fakültəsinə qəbul olub. 1981-ci ildə universiteti tamamlayıb.
Tınçtıkbek Çoroteqin müəllim kimi doğma universitetində çalışıb (1981–1983). O, göndərişlə Özbəkistan EA-nın Şərqşünaslıq institutunda işləyib(1983–1985). Burda bir çox şərq dillərinə yiyələnib. Sonra həmin institutun aspiranturasında təhsilini davam etdirib (1985–1988. 14 dekabr 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edib.
Tınçtıkbek Çoroteqin Qırğızıstana dönüb, doğma universitetində, tarix fakültəsində dosent kimi çalışıb (1989–1991).
Tınçtıkbek Çoroteqin universitetdə baş müəllim, dosent, kafedra müdiri kimi işləyib (1992–1994).
Tınçtıkbek Çoroteqin 1994-cü ildən 1997-ci ilə kimi universitetin doktorantı olub.10 aprel 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
URL: https://www.kashgarli.az/images/PDF/Mahmud%20Kawgari%201%20n%E2%94%9C%E2%95%A2mre.%2011.09.23.pdf