Təbəi-tabiin (ərəb. تبع التابعين) — Səhabə və tabiinlərdən sonra müsəlmanların üçüncü nəsli. Sünnilərə görə o, səhabələr və tabiinlərdən sonra dünyaya gəlmiş ən xeyirli nəsil.
Sünni İslama görə adamın Təbəi-tabiin olması üçün şərtlər aşağıdakılardır:
Bu haqda Məhəmməd peyğəmbər demişdir:
"İnsanların ən yaxşısı mənim dövrümdə yaşayanlar, sonra onlardan sonra gələnlər (Tabiinlər) və daha sonra gələnlər (ikinci nəsil)."[1][2][3]
Bu nəsil İslamın olduğu kimi, səhabə və tabiindən sonrakı nəsillərə çatdırılmasında çalışmış və bu uğurda mübarizə aparmış bir nəsildir.
Təbəi-tabiin dövrü hədis təhəmmülü (red - hədisi təhrif etmədən nəqletmə) və hədis rəvayəti üsullarının ən mükəmməl formaya düşdüyü dövr sayılır. Bu dövrdə hədislər nizamlı olaraq toplanmış, eyni zamanda mövzulara görə bablara (red - bölmə) ayrılmış, təsnif edilmişdir. Bu haqda Raməhörmüzi bunları nəql edir:
"Bildiyimə görə hədisləri ilk təsnif edən şəxslər, Bəsrədə Rəbi ibn Subeyh, Səid ibn Arubə, Yəməndə Xalid ibn Cəmil və Mamər ibn Rəşiddir. Məkkədə İbn Cüreyc, Kufədə isə Süfyan əs-Səvridir."
Bu perioda aid olub, dövrümüzə qədər gəlib çatan ən dəyərli musənnəf əsər Malik ibn Ənəsin "Muvatta" adlı əsəridir.[4]
İmam Səxaviyə görə təbəi-tabiin nəsli hicri 220-ci ildə başa çatmışdır.[5]
Şiəlikdə belə bir anlayış yoxdur.