. Love.az

Tebriz Universiteti - Wikipedia - Love.az

Ana Səhifə - Tebriz Universiteti

Təbriz Universiteti — (farsca: دانشگاه تبریز, Dāneshgāh-e Təbriz) İranın ali təhsil müəssisələrindən biri.

Təbriz Universiteti
Loqonun şəkli
Xəritə
38°03′49″ şm. e. 46°19′43″ ş. u.HGYO
Əsası qoyulub 1947
Tələbə sayı 19,000
Şəhər Təbriz
Ölkə
  •  İran[1]
Sayt tabrizu.ac.ir/fa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Mövqeyi
  • 3 Məşhur məzunları
  • 4 Rektorları
  • 5 Xarici əlaqələri
  • 6 Həmçinin bax
  • 7 İstinadlar
  • 8 Ədəbiyyat
  • 9 Xarici keçidlər

Tarixi

redaktə
 
Azərbaycan Universiteti açılan günlər (1947)

1946-cı ildə Cənubi Azərbaycan milli hökuməti qurulandan sonra, baş nazir Seyid Cəfər Pişəvərinin fərmanı ilə 12 iyunda Təbrizdə Azərbaycan Universiteti adında ilk universitet təsis olundu. Nüsrətulla Cahanşahlı Azərbaycan Dövlət Universitetinin rektoru təyin olunub.[2][3]

Milli hökumətin süqutundan sonra Azərbaycan Universiteti bir neçə il fəaliyyətini dayandırmalı oldu. Yenidən fəaliyyətə başladıqda isə universitetin adı Daneşqah-e Azərabadeqan - a dəyişdirildi. İranda islam inqilabının qələbəsindən sonra universitet 5 il müddətinə bir daha fəaliyyətini dayandırdı və fəaliyyətə başladıqda Daneşqah-e Təbriz "Təbriz Universiteti" adlandırıldı.

Təbriz Universiteti Elm, Tədqiqat və Texnologiya Nazirliyinə tabe olan dövlət universitetlərindən biridir və Təbriz şəhərində yerləşir. Universitet 25 fakültədən ibarətdir və ümumilikdə 29 akademik mərkəz və tədris kompleksinə malikdir. Təbriz Universitetini tanıdarkən diqqət etməli olduğunuz başqa bir məqam da professor-müəllim heyətinin və tələbələrin sayının çoxluğudur. Təbriz Universitetində 800-dən çox professor-müəllim heyəti var və bu universitetdə tələbələrin sayı təxminən 24.000 nəfərdir. Təbriz Universitetində tələbələr aşağıdakı sahələr üzrə təhsil ala bilərlər: 4 Önlisans - 164 Bakalavr dərəcəsi - 322 Magistr dərəcəsi - 209 Doktorluq dərəcəsi. Təbriz Universiteti Aras Beynəlxalq Kampusu və Təbriz Muxtar Kampusu adları olan iki kampusdan ibarətdir. Şanxay Tematik Reytinqində universitet Maşınqayırma sahəsində 201-300 Elektrik və Elektron Mühəndisliyi 401-500 Avtomatlaşdırma və İdarəetmə, 151-200, Elm və Texnologiya Alətləri 101-150-ci yerdədir İnşaat mühəndisliyi, 151-200, Kimya mühəndisliyi 301-400 Elm və energetika 201-300, Su Ehtiyatları 76-100 , Qida Texnologiyası 201-300-cü yerdədir.[4]

Mövqeyi

redaktə

Təbriz Universiteti Təbriz şəhərində yerləşir və Tehran universitetlərindən sonra İranın ən böyük təhsil ocaqlarından biri sayılır.

Məşhur məzunları

redaktə
  • Səməd Behrəngi
  • Əzim Qeyçisaz
  • Qulamhüseyn Saidi
  • Mehdi Bakiri
  • İsmayıl Cabbarzadə

Rektorları

redaktə
  • Məhəmmədrza Purməhəmmədi

Xarici əlaqələri

redaktə

Qafqaz Universitetlər Birliyinin üzvüdür.[5]

Həmçinin bax

redaktə
  "Universitet" portalı

İstinadlar

redaktə
  1. ↑ 1 2 Directory of Open Access Journals. 2003.
  2. ↑ Ağayeva, 2004. səh. 33
  3. ↑ Behzadi, 2004. səh. 19
  4. ↑ Təbriz Universiteti. Tarix: 14.05.2024
  5. ↑ Tüm Uyeler Arxivləşdirilib 2019-02-15 at the Wayback Machine. kunib.com

Ədəbiyyat

redaktə
  • Ağayeva, Gözəl. Təbriz ədəbi mühiti (az.). Bakı: Nurlar NPM. 2004. səh. 168. ISBN 9952403356.
  • Behzadi, Behzad. Demokratik Azərbaycan - Azərbaycanda 1324-1325-ci illərdə baş vermiş hadisələrə baxış (fars). Tehran: Düzgün xəbər nəşriyyatı. 2004. səh. 0.

Xarici keçidlər

redaktə
  Vikianbarda Təbriz Universiteti ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təbriz_Universiteti&oldid=8111548"
LOVE.AZ