Türkiyə Respublikası Təhsil Nazirliyi (türk. Türkiye Cumhuriyeti Millî Eğitim Bakanlığı) — Türkiyə Respublikası Prezidenti tabeçiliyində, 1739 saylı Milli Təhsil qanunu və 1 saylı Prezident fərmanı ilə inkişaf planları və dövlət təhsil proqramlarına uyğun olaraq milli təhsil xidmətlərinin aparılmasından məsul olan dövlət qurumu.[1]
Təhsil Nazirliyi | |
---|---|
| |
![]() | |
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Yurisdiksiya | Türkiyə |
Yaradılma tarixi | 1920 |
Əvvəlki qurum | Maarif-i Ümumiyyə Nəzarəti |
Tabelik | Türkiyə Respublikası Prezidenti |
İllik büdcəsi | ₺125 milyard (2020) |
Baş qərargah | Ankara, Türkiyə |
Ünvan | Atatürk bulvarı, 06420 Çanqaya |
Rəhbərlik | |
Nazir | Mahmud Özər |
Müavinlər |
İbrahim Ər Reha Denemeç |
|
|
Rəsmi saytı | meb.gov.tr |
Təhsil Nazirliyinin əsas vəzifələri aşağıdakılardır:[2]
Milli Təhsil Nazirliyinin təşkili və vəzifələri haqqında 3797 saylı Qanuna görə, mərkəzi, vilayətdaxili və ölkə xarici olmaq üzərə üç bölmədən ibarətdir. Milli Təhsil Nazirliyinin 81 vilayətdə və 850 qəsəbədə vilayət qurumları fəaliyyət göstərir.[3] Təhsil Nazirliyinin 28 təhsil müşaviri ilə 22 ölkədə fəaliyyət göstərir. Bu ölkələr arasında ABŞ, Almaniya, Avstraliya, Azərbaycan, Belarus, Belçika, Çin, Fransa, Kosovo, Ukrayna, Küveyt, Serbiya, Rusiya yer alır. Müşavirliklərin əsas məqsədi, xaricdə yaşayan türk vətəndaşlarını lazımi dəstəklə təmin etmək, həmçinin Türkiyədə təhsil almaq istəyən xarici vətəndaşların sənədlərinin təsdiq olunmasıdır.[4]