. Love.az

Tek Turkiye Teleserial 2007 - Wikipedia - Love.az

Ana Səhifə - Tek Turkiye Teleserial 2007

Tək Türkiyə (türk. Tek Türkiye) — Türk Serialı.

Tək Türkiyə
türk. Tek Türkiye
Rejissorlar Naci Çəlik Berskoy və Gürsəl Atəş
Ölkə Türkiyə Türkiyə
Dil Türkcə

Mündəricat

  • 1 Film haqqında
  • 2 Filmin heyəti
  • 3 Obrazlar
  • 4 Xarici keçidlər

Film haqqında

redaktə

Yoxsulluq içindəki Cənub-şərq insanlarına kömək edən qəhrəman bir həkimin hekayəsindən bəhs edir. Uğurlu bir cərrah olan Tarıq, bir həmkarının dəvəti ilə yola çıxır və özünü Cənub-şərqinin çətinliklər içində həyat mübarizəsi verən bir kəndində tapır. Amma Tarıqın kəndə gəlişi pis bir vaxta təsadüf edir. Kənddə xidmət edən həkimlər, bu günə qədər xalqı aldatmaqdan başqa bir şey etməmişdir. Onu dəvət edən həmkarı da əxlaqsızlıqları ortaya çıxanda Tarıqa xəbər vermədən qaçır. Üstəlik, kənd xalqı illərdir davam edən bir qan davasının kölgəsində yaşayır. Bir anda arzuolunmaz adam halına gələn Tarıq, təcili İstanbula qayıtmağa qərar verir. Ancaq üst-üstə gələn hadisələr Tarıqın planlarını bir anda dəyişdirir.

Filmin heyəti

redaktə

AKTYORLAR

  • Ozan Çobanoğlu Tarıq
  • Müjgan Könül Dila
  • Türkər Təkin Halo İbrahim
  • Özləm Akınözü Zəlal
  • Faruk Günuğur Qırmızı
  • ? Öndər
  • Ərgün Kuyucu Çətin
  • Qədim Yaşar Botan
  • Süleyman Qaradağ Şivan
  • Sabri Özmənər Şəhmuz
  • Əzgi Sərtəl Zeynəb
  • Mehmet Özkal Həbsxana Müdiri
  • Yılmaz Durmuş Ökkeş
  • Tuğçə Doran Yıldız Səlma
  • Eda Özdəmir Xədicə Tarıqın bacısı
  • Özgə Mirzalı Kəzban
  • Reha Taşman Kaya minik
  • Çətin Araz Sabo ağa
  • Özgül Sağdıç Bərfin Tarıqın bacısı

və başqaları.

YARADAN

  • Saleh Asan

SSENARİ MÜƏLLİFLƏRİ

  • Əli Qara və Samim Utku

REJİSSORLAR

  • Naci Çəlik Berskoy və Gürsəl Atəş

Obrazlar

redaktə
  • Tarıq: Serialın Baş qəhramanıdır. Özünü Bəşəriyyətə həsr etmiş, günahsız insanlar üçün canını sevə-sevə verə biləcək qədər fədakar bir həkimdir. Həqiqi adı Baran olub. Qan davasına görə Anası Tarıqı bir komandirə verir. Komandir Baranın adını dəyişib Tarıq qoyur. İlk bölümlərdə həkimdir. Daha sonra Sahə rəisi olur.
  • Çətin: ATT-nin sədridir və PKK-nın rəhbəridir. Qırmızının xas adamlarındandır.
  • Qırmızı: əsl adı Süleymandır oğlu Tarıqı istəsə də pis əməllərindən əl çəkmir.
  • Öndər: Tək Türkiyə filmində terror başçısı obrazını yaradıb. Əvvəl Anti terror başçısı Qırmızı ilə iş birliyi edir. Sonradan Qırmızının Süleyman Kaya olduğunu bilir və onu öldürmək istəyir. Sonradan Kaya minik və Konsolonla iş birliyi edir. Filmin sonuna qədər Öndərin üzü görünmədiyi üçün, hansı aktyor tərəfindən yaradıldığı bilinmir.
  • Dila: Halo ibrahimin nəvəsidir. Tarıq həkimi sevən bir tibb bacısıdır. Zeynəb Müəllimə öldürüldükdən sonra Dila Tarıqla evlənir.

Xarici keçidlər

redaktə

Tək türkiyə Qırmızının həyatı izlə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tək_Türkiyə_(teleserial,_2007)&oldid=7313148"
LOVE.AZ