. Love.az

Tekiye Karbi - Wikipedia - Love.az

Ana Səhifə - Tekiye Karbi

Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[2]

kənd
Təkiyə
40°20′07″ şm. e. 44°18′50″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.150 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 888 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Təkiyə xəritədə
Təkiyə
Təkiyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir[3]. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi[4], 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi[5], Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında[6] qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1]

Toponim türk mənşəli təkə etnonimi[7][8] əsasında əmələ gəlmişdir.

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.

Əhalisi

redaktə

Kənddə 1831-ci ildə 155 nəfər, 1873 - cü ildə 398 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 635 nəfər, 1908-ci ildə 725 nəfər, 1914 - cü ildə 768 nəfər, 1916-cı ildə 587 nəfər, 1919 - cu ildə 428 nəfər yalnız azərbaycanlı yaşamışdır[9].

1919-1920-ci illərdə buraya Türkiyənin Muş, Xut və Xlat vilayətlərindən ermənilər köçürülümüşdür [3]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına, torpaqlarına qayıda bilmişlər.

Burada ermənilərlə yanaşı 1922-ci ildə 179 nəfər, 1926-cı ildə 175 nəfər, 1931-ci ildə 227 nəfər azərbaycanlı yaşamışdır[9]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1953 - cü illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

1986-cı ildə çap edilmiş «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə kənddə 1831- 1931-ci illərdə azərbaycanlılarn yox, ermənilərin yaşadığı göstərilir[3]. Bu, tarixi faktın təhrifidir. Yuxarıdakı statistik faktlar göstərir ki, ermənilər kəndə 1918-ci ildən sonra köçürülmüşdür.

Erməni tədqiqatçılan tarixi təhrif etməklə həqiqəti gizlətmək istəmişlər.

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. ↑ 1 2 3 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.546
  4. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.162
  5. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.88
  6. ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.236
  7. ↑ Кононов А.Н. Родословная туркмен. Сочинение Абул Гази хана Хивинского, М. Л., Издство АН СССР, 1958. s.74
  8. ↑ Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.112
  9. ↑ 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.22-23, 106-107
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təkiyə_(Karbi)&oldid=7204664"
LOVE.AZ