. Love.az

Telet Sixeliyev - Wikipedia - Love.az

Ana Səhifə - Telet Sixeliyev

Tələt Ağalar oğlu Şıxəliyev (1 yanvar 1928[1], Digah, Lənkəran qəzası – 1 iyul 1987[1], Bakı) — Azərbaycan SSR əməkdar rəssamı (1982).

Tələt Şıxəliyev
Doğum tarixi 1 may 1928
Doğum yeri Digah, Lənkəran qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1987
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
  • Kiyev Dövlət Rəssamlıq İnstitutu[d] (–1958)
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 19821982

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Mükafatları
  • 4 Əsərləri
  • 5 Həmçinin bax
  • 6 İstinadlar

Həyatı

redaktə

Şıxəliyev Tələt Ağalar oğlu 1 may 1928-ci ildə hazırkı Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra isə təhsilini 1961-ci ildə bitirdiyi Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir.

1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev "Abşeron məktəbi" kimi tanınan istedadlı gənc rəssamlardan ibarət "Abşeron qrupu"nun ən istedadlı üzvlərindən birinə çevrilmişdi.[2]

Rəssam 1987-ci ildə, 59 yaşında vəfat etmişdir. T.Şıxəliyev qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçmişdir..[2]

Yaradıcılığı

redaktə

İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdi.[3]

Yaradıclığında daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı, əhval-ruhiyyəsi ilə seçilir. Bu baxımdan O. Babiçevanın portreti, M. Bayraməlibəyovanın portreti, "Ailə" və s. əsərləri onun yaradıcılığı üçün xarekterikdir.[2]

Uşaq mövzusu rəsssamın yaradıcılığında xüsusi yer tutur. "Oğlumun portreti", "Gənc rəssam", "Qızım yatarkən", "Uşaq və pişik" kimi tabloları uşaq psixologiyasını, onların nağıl dünyasını, istək və arzularını rənglərin sehrli dili ilə açmağa çalışan həssas rəssam qəlbinin ifadəsidir.[2]

Əsərləri respublika və bir çox xarici ölkə muzey və qalereyaların fondunda, şəxsi kolleksiyalarda yer almışdır.[2]

Mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982[4]

Əsərləri

redaktə
  • "Güzgü ilə qız" (1968)
  • "Xoruz ilə oğlan" (1975)
  • "Oğlumun portreti" (1976)
  • "Analıq" (1976)
  • "Həkimin qəbulunda" (1978)
  • Yelləncəkdə (1978)
  • "Gül ilə qız" (1980)
  • "Şeydanın portreti" (1984)
  • "Molla Nəsrəddinin Lətifələri" (1986)
  • "Tütək çalan oğlan" (1986)
  • "Avtoportret" (1974; 1985)
  • "Qız qalası" (1971)
  • "Yol" (1958)
  • "Roza" (1969)
  • "Natürmort" (1970)
  • "Portret" (1971)
  • "Brijatyuk" (1972)
  • "Kəlin kəlləsi" (1973)
  • "Qadın portreti" (1973)

Həmçinin bax

redaktə
  • Azərbaycan rəssamlarının siyahısı

İstinadlar

redaktə
  1. ↑ 1 2 http://elib.tomsk.ru/elib/data/2018/2018-1107/10084.jpg.
  2. ↑ 1 2 3 4 5 citylife.az
  3. ↑ "azculture.az". 2020-06-25 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2021-12-25.
  4. ↑ "Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekаbr 1982-ci il tarixli Fərmanı" (PDF). Azərbaycan Milli Kitabxanası. 16 yanvar 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 fevral 2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tələt_Şıxəliyev&oldid=8011700"
LOVE.AZ