. Love.az

Telet Bakixanov - Wikipedia - Love.az

Ana Səhifə - Telet Bakixanov

Tələt Soltan oğlu Bakıxanov (13 iyun 1927, Bakı – 30 may 2000, Bakı) — Azərbaycan kamançaçalanı, muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1975).

Tələt Bakıxanov
Ümumi məlumatlar
Doğum tarixi 13 iyun 1927
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 30 may 2000 (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Bakı
Vətəndaşlığı  SSRİ→
 Azərbaycan
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, aktyor
Janrlar muğam, xalq musiqisi
Musiqi aləti kamança
Əlaqəsi
  • Əhməd Bakıxanov
  • Tofiq Bakıxanov
  • Akif Bakıxanov
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1975 "Əmək veteranı" medalı — 19801980
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Bioqrafiya
  • 2 Yaradıcılığı
  • 3 Filmoqrafiya
  • 4 Mənbə

Bioqrafiya

redaktə

Tələt Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olmuşdur. 1945–1947-ci illərdə teatr texnikomunu bitirmiş, 1947–1949-cu illərdə isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs almışdır. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansambılının solisti olmuşdur.

Tələt Bakıxanov 30 may 2000-ci ildə Bakı şəhərində beyin insult xəstəliyindən vəfat etmişdir.

Yaradıcılığı

redaktə

Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya kimi bir sıra xarici ölkələrdə qastrol səfərlərində olmuş, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət etmişdir. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınmışdır.

Tələt Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olmuşdur. 1970–1980-cı illərdə Səmərqənd şəhərində keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarinin iştirakçısı olmuş, Bəhram Mansurov, Canəli Əkbərov və Alim Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil etmişdir.

Tələt Bakıxanov 1988-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışmışdır.

Filmoqrafiya

redaktə
  1. O olmasın, bu olsun (film, 1956)

Mənbə

redaktə
  • Tələt Bakıxanov mugamradio.az saytında. Arxivləşdirilib 2011-12-11 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tələt_Bakıxanov&oldid=7167766"
LOVE.AZ