Təlli Zeynəbiyyə (ərəb. التل الزینبیة) — İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən məscid və ziyarətgah.[2][3][4] Məscidin adı keçən vaxtlarda üzərində yerləşən təpənin adıyla əlaqəlidir.
Təlli Zeynəbiyyə | |
---|---|
![]() | |
![]() | |
32°36′57″ şm. e. 44°01′52″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Kərbəla |
Yerləşir | Kərbəla |
Tikilmə tarixi | 1978-ci ildə ziyarətgahda bərpa işləri aparılmışdır[1] |
Üslubu | İslam memarlığı |
Ərəb dilində təll təpə və ya hündür yer mənasını verir[5] və Zeynəbiyyə sözü Həzrət Əlinin qızı Həzrət Zeynəbin adıyla bağlıdır.[6][7]
Təlli-Zeynəbiyyə İmam Hüseynin qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5–6 metr hündürlükdədir. İndi bu məqam İmam Hüseyn hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır.[8]
Təlli-Zeynəbiyyə Kərbəlada İmam Hüseyn (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşura günü Həzrət Zeynəb (s.ə) qaçaraq bu təpənin üzərinə çıxmış və döyüş meydanına baxmışdır.[9] 1978-ci ildə nisbətən hündür olan bu məqamdakı tikilinin yenidən inşa edilməsinə başlanılmış və indi buranın ərazisi 175 kvadrat metrə çatmışdır.
Məqam əvvəllər yalnız məhdud sayda ziyarətçi qəbul edə bilirdisə, indi onun ərazisi daha da genişləndirilmişdir.[10]