Təpəbaşı məhəlləsi — İrəvanın qədim məhəllələrindən biri.
Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi.[1][2]
1728-ci ildə tərtib olunmuş osmanlı "Müfəssəl dəftər"ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən ("Köhnə şəhər", "Dəmirbulaq", "Dərəkənd", "Təpəbaşı") ibarət olmuşdu.[3]
İrəvan şəhəri aşağıdakı hissələrdən ibarətdir:
Təpəbaşı hissəsinə aid olanlar:
Bütün bu məhəllələr bağlardan ibarətdir və qış vaxtı buralarda heç kim yaşamır. Təpəbaşı hissəsi — 594 ailə, 1.333 kişi, 1.264 qadın, cəmi 2.537 nəfər Təpəbaşı hissəsi Azərbaycan türkləri: