Təqaüd (ərəb. تقاعد — oturaq), qanunla təyin edilmiş, tələbələrə, təhsildə, yaradıcılğında uğur qazanan, çalişdığı sahədə fərqlənən insanlara, veteran idmançı, alim, dövlət, səhiyyə və incəsənət xadimi, mühəndis və s. peşə sahiblərinə müntəzəm surətdə verilən pul yardımı. Təqaüdlər həm dövlət, həm də müxtəlif fond, şirkət, təşkilat və insanlar (mesenatlar) tərəfindən verilə bilər.
Təqaüd VII əsrdə xəlifə Ömər ibn Xəttab tərəfindən yeridilmişdir. Zəkatdan və Cizyədən yığılan pulların bir hissəsi ehtiyacı olan insanlara, kasıblara, qocalara, yetimlərə, dul qadınlara və əlillərə Xilafət hökuməti tərəfindən verilirdi.
Maliyyə haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |