Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Budaq cümlə baş cümlənin feili xəbərinə aid olur. Sualları: necə? nə cür?
Su elə soyuq idi ki, içmək olmurdu.
Elə tənbəldir ki, söz deməyə peşman olursan.
Sən elə ağıllısan ki, hamısı sənə heyran qalır.
Bu cümlələri təyin budaq cümləsi ilə qarışdırmamaq üçün ismi xəbərlərə fikir veemək lazımdır. Nümunələrdəki ismi xəbərlər dərəcə anlayışı qəbul edə bilər. İsmi xəbərləri kitab, ağac, hədiyyə və s. kimi isimlər olduqda isə dərəcə anlayışı olmur.