Təyin budaq cümləsi baş cümlənin isimlə və ya isimləşmiş sözlərlə ifadə olunmuş hər hansı bir üzvünü təyin edir və təyinin suallarına (necə? nə cür? hansı?) cavab verir. Adətən, təyin budaq cümləsinin baş cümləsində o, bu, elə, belə, həmin, bir, elə bir, o qədər və s. kimi əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər budaq cümlənin bu növündə özündən sonra isim tələb edir.