Təzəkənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Təzəkənd | |
---|---|
40°44′46″ şm. e. 48°16′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Təzəkənd kəndi adından da göründüyü kimi elə də qədim tarixə malik olan kənd deyil. 1936-cı ildə yaranıb. Ötən əsrin əvvəllərində dağ kəndlərində yaşayan əhali yavaş–yavaş məskən salmaq üçün bu kəndin aşağı hissəsinə Qazmalar yeri deyilən (indi camaat ora Heyvalıq deyir) əraziyə köç edib. 1936-cı ildə isə hal–hazırkı ərazidə Təzəkənd kəndini qurublar. Əhali əsasən Müdri, Həftəsov, Müdirsə, Mişgəmir, Kəlfərəc, Zanqı və s. kimi kəndlərdən gəlmələrdir. Bakı–İsmayıllı yolu üzərində, Girdimançayın yaxınlığında (şimala baxanda sol tərəfində) yerləşir. Rayon mərkəzindən 12 km aralıqdadır. Kəndin yuxarı hissəsindən geniş meşə zolağı başlayır. Yerli əhali istirahət üçün "Suyun gözü" deyilən yeri əlverişli yer hesab edir. Kənddə tibb məntəqəsi, on bir illik məktəb, ATS, poçt məntəqəsi, uşaq baxçası və məscid fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, meyvəçilik, bostançılıq, üzümçülük və s.ibarətdir. Kəndin şimal–qərb hissəsində şirin su tutumlu Vəlbinə gölü yerləşir.
Əhalisi 1577 nəfərdir ki, onun da 784 nəfəri kişi, 793 nəfəri qadındır.
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |