Təzəkənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.[2][3] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Təzəkənd kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd Soveti yaradılmışdır.[4]
Təzəkənd | |
---|---|
39°21′16″ şm. e. 48°35′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Kənd XIX əsrin sonlarında müxtəlif kəndlərdən çıxmış ailələrin məskunlaşması nəticəsində Biləsuvar kəndi yaxınlığında salınmış və buna görə də bəzən Biləsuvarkənd adlanmışdır. Sonralar Biləsuvar kəndi sərhəd postuna çevrilərkən onun əhalisi də bura köçürülmüş və kənd Təzəkənd adlanmışdır.[5]
Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
864 | Qoşatəpə kurqanları[6] | Tunc dövrü | Təzəkənd kəndi | Arxeoloji | Ölkə |
Kənd Muğan düzündə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 1266 | 635 | 631 |
2009[8] | ↗1512 | ↗763 | ↗749 |
Kənddə Təzəkənd kitabxana filialı[9] və Təzəkənd kənd klubu[10] fəaliyyət göstərir.
Kənddə Təzəkənd tam orta məktəbi fəaliyyət göstərir.[11][12]
Kənddə Təzəkənd məscidi yerləşir.[13]
Kənddə Təzəkənd həkim məntəqəsi yerləşir.[14]