Tadeuş Svetoxovski, bəzən Tadeuş Svyatoxovski kimi qeyd olunur (pol. Tadeusz Świętochowski; 28 aprel 1934[1], Lill – 15 fevral 2017[1], Nyu-York, Nyu-York ştatı) — Polşa və ABŞ tarixşünası, Qafqazşünas və Azərbaycanşünas; Monmaut Universiteti, Xəzər Universiteti və Bakı Dövlət Universitetinin fəxri professoru və Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin fəxri üzvü.[2]
Tadeuş Svetoxovski | |
---|---|
pol. Tadeusz Świętochowski | |
Doğum tarixi | 28 aprel 1934(1934-04-28)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral 2017(2017-02-15)[1] (82 yaşında) |
Vəfat yeri | |
Atası | Stanislav Svetoxovski[d] |
Elm sahəsi | Azərbaycan tarixi |
İş yerləri |
|
Təhsili | |
![]() |
Tadeuş Svetoxovski 1932-ci ildə Fransada Polşa diplomatı Stanislav Svetochovskinin ailəsində anadan olmuşdur. 1939-cu ildə Polşanın SSRİ və Almaniya arasında bölünməsindən sonra, onun atası Moskvaya sürgün edilib Butyrskaya həbsxanasında öldürüldü. Müharibədən sonra Tadeuş Svetoxovski Amerikaya hicrət etdi və Nyu-Yorkda Kolumbiya Universitetini bitirdi.[3][4] Çox zəhmət çəkdikdən sonra Monmaut Universitetinin tarix fakültəsində bir iş tapdı və nəticədə bu universitetin tarix professoru oldu.[5] 15 fevral 2017-ci ildə Nyu-Yorkda vəfat etdi.[6]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |