Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Tahir İbrahimov (tam adı: Tahir Oruc oğlu İbrahimov; 1946, Cil, Krasnoselsk rayonu) — coğrafiya elmləri üzrə fəlsəfə doktoru, BDU-nun Fiziki coğrafiya kafedrasının dosenti.
Tahir İbrahimov | |
---|---|
Tahir Oruc oğlu İbrahimov | |
Doğum tarixi | 1946 |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | coğrafiya elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | |
İş yerləri | |
Təhsili |
Tahir İbrahimov 1946-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə Ardanış kənd orta məktəbinin on birinci sinfini bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinin coğrafiya biologiya şöbəsinə daxil olmuşdur. 1969-cu ildə həmin fakültəni bitirmiş, coğrafiyaşünas-biologiyaşünas, coğrafiya və biologiya müəllimi ixtisası almışdır.[1]
1990-cı ildə "Kür-Araz ovalığındakı qoruq və yasaqlıqların landşaftları və onların ekoloji şəraitini yaxşılaşdırma yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır. Coğrafiya elmləri namizədi, dossentdir.
Tahir İbrahimov 1971-ci ildən 2001-ci ilədək AMEA-nın akademik H. Əliyev adına Coğrafiya institutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir.
2003-cü ildən BDU-nun Fiziki Coğrafiya kafedrasında müəllim və baş müəllim vəzifələrində, 2005-ci ildən dosent əvəzi, 2008-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır.
2003-cü ildən Fiziki coğrafiya kafedrasında "Materik və okeanların fiziki coğrafiyası" (bakalavrlar üçün), "İnsan və landşaft" (magistrantlar üçün) və "MDB ölkələrinin fiziki coğrafiyası" fənnlərini tədris etmişdir.
Landşaftşünaslıq, Ekologiya, Qoruq və yasaqlıqlar, landşaftların mühafizəsi sahəsində bir sıra tədqiqat işləri aparmışdır.