Tahir Əmiraslanov (14 mart 1958, Qovlar, Tovuz rayonu) — Əməkdar mədəniyyət işçisi (21. aprel 2016), Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru (1991–2022), "Kulina" jurnalının baş redaktoru[1].
Tahir Əmiraslanov | |
---|---|
Tahir İdris oğlu Əmiraslanov | |
Doğum tarixi | 14 mart 1958(1958-03-14) (67 yaş) |
Doğum yeri | |
İxtisası | İctimai İaşənin mühəndis texnoloqu,aşpaz,tarix üzrə fəlsəfə doktoru |
Təhsili | Ali |
Fəaliyyəti | kulinariya üzrə elmi tədqiqatlar, Azərbaycan milli mətbəxinin toplanması, tədqiqatı və təbliğatı,restoran konsaltinqi. |
Elmi dərəcəsi | tarix üzrə fəlsəfə doktoru |
Mükafatları |
![]() ![]() ![]() |
Tahir Əmiraslanov 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirmişdir. 1975–1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləmişir.
1976–1978-ci illərdə Tahir Əmiraslanov orduda tank komandiri olmuşdur. 1978–1979-cu ildə Leninqradda Tikintidə bənna işləmış, 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutunun Azərbaycandan olan yeganə əyani tələbəsi oldu. İnstitutu 1984-cü ildə uğurla bitirmiş, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq sənətinə yiyələnmişdi. Maraqlıdır ki, hələ ali məktəbin 1-ci kursunda oxuyarkən — 1980-ci ildə onun "Çay Azərbaycan mətbəxində" adlı tələbə elmi işi SSRİ-nn institutlararası tələbə elmi işlərinin müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdü.[2] Tahir Əmiraslanovun Diplom işi Leninqradda Vasiliostrovski Fabrik-mətbəxində tətbiq olunmuş, fabrik onun diplom işinə uyğun rekonsruksiya edilmişdir.
İnstitut diplomu ilə eyni vaxtda Leninqrad ictimai iaşə idarəsi tərəfindən 5-ci dərəcəli aşpaz ixtisası dərəcəsi də almışdır. (5-ci dərəcə 200 nəfərdən yalnız 3 nəfərə verilmişdir. qalanlarına 3-cü və 4-cü dərəcələr verilmişdir), 1993-cü ildə Azətbaycan Respublikası Ticarət Nazirliyi tərəfindən ona "Usta-Aşpaz" ixtisas dərəcəsi verilmişdir və o sabiq SSRi məkanında Usta ixtisas dərəcəsi almış ən gənc mütəxəssis olmuşdur. 2007-ci ildə Ekaterinburq hökuməti də ona "İctimai İaşə Ustası" ixtisas dərəcəsi verir. Hazırda o həm də Başqırdıstanın, Çuvaşiyanın Usta-Aşpazıdır. 2017-ci ildə Tahir Əmiraslanov Dünya Usta-Aşpazı ixtisas dərəcəsinə layiq görülüb. O həm də Dünya Kulinariya Mədənıyyəti Ustasıdır.
Tahir Əmiraslanov tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan BMEA-nın professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının həqiqi üzvüdür.2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasına həqiqi üzv seçilmışdir. 2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasında Kulinarologiya (nutrisiologiya, texnologiya və gastrosifiya) bölməsinə sədr seçilmişdir.
1985-ci ildə Gəncədə ilk Kulinariya Birliyini yaradıb.
Azərbaycan mətbəxinin Azərbaycanda inkişafında, Mili mətbəxin toplanmasında, qorunmasında , qədim xörəklərin bərpasında , dünyadakı təbliğatında, elmı təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətlərə malik ilk Azərbaycanlı mütəxəssisdir.Bir çox olkələrdə o cümlədən bütün türk ölkələrində ilk Kulinariya Assosiasalarını yaratmışdır.
Əsas hadisələr
Tahir Əmiraslanov 14. mart 2018 tarixdə Fəxri mədənıyyət işçisi adına layiq görülmüşdür.
Bir neçə kitabın, o cümlədən Azərbaycanın ilk Kulinariya ensiklopediyasının, çoxsaylı məqalələrin müəllifidir.