. Love.az

Tahir Kerimli - Wikipedia - Love.az

Ana Səhifə - Tahir Kerimli
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Tahir Zayıdağa oğlu Kərimli (5 mart 1956, Ağsu) — Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), Vəhdət Partiyasının qurucusu və sədri.

Tahir Kərimli
Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı
Vəzifədədir
2015-ci ildən
Seçki dairəsi2015 — 87 saylı Ağsu-İsmayıllı
2020 — 87 saylı Ağsu-İsmayıllı
ƏvvəlkiƏrəstun Cavadov
Vəhdət Partiyasının sədri
Vəzifədədir
1998-ci ildən
ƏvvəlkiHacı Cəbrayıl Əlizadə
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
2 iyul 1992 – 29 iyul 1993
ƏvvəlkiHüseyn Talıbov
SonrakıXanlar Hacıyev
Şəxsi məlumatlar
Doğum adı Tahir Zayıdağa oğlu Kərimli
Doğum tarixi 5 mart 1956(1956-03-05) (69 yaş)
Doğum yeri
  • Ağsu, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (–1990),
  • Azərbaycan Xalq Cəbhəsi,
  • Vəhdət Partiyası (1998–)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İctimai-siyasi fəaliyyəti
  • 3 Şəxsi həyatı
  • 4 İstinadlar

Həyatı

redaktə

Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirmişdir.

Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləmişdir.

Evlidir, dörd övladı vardır.

İctimai-siyasi fəaliyyəti

redaktə

Tahir Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olmuşdur.

1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini vermişdir.

1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir.

Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.

Şəxsi həyatı

redaktə

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[1]

İstinadlar

redaktə
  1. ↑ "Tahir Kərimlinin partiyası seçkilərə qatılmayacaq". -Yeni Sabah-. 21 dek 2023. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tahir_Kərimli&oldid=7747055"
LOVE.AZ