. Love.az

Tahir Suleymanov Futbol Hakimi - Wikipedia - Love.az

Ana Səhifə - Tahir Suleymanov Futbol Hakimi
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Tahir Süleymanov.

Tahir Beybala oğlu Süleymanov — azərbaycanlı keçmiş futbolçu və futbol hakimi.

Tahir Süleymanov
Doğum 22 dekabr 1964(1964-12-22) (60 yaş)
  • Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Yerli səviyyədə
İllər Liqa Rolu
AFFA Hakim
Beynəlxalq səviyyədə
İllər Liqa Rolu
FİFA dərəcəli hakim Hakim

Həyatı

redaktə

Tahir Süleymanov 22 dekabr 1964-cü ildə Şamaxıda anadan olub.[1][2] 10-11 yaşlarında olarkən ailəsi ilə birlikdə Bakıya köçüb.[2]

Peşəkar şəkildə futbolla məşğul olub. "Vışka" komandasının heyətində hücümçu və yarımmüdafiəçi mövqeyində çıxış edib. Erkən yaşlarında futbolu buraxıb və məşqçiliyə başlayıb.[2]

Bir müddət sonra futbol hakimliyinə keçən Süleymanov, 1989-cu ilin sonundan SSRİ çempionatının II liqasının oyunlarına təyinat alıb.[2]

Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 109 dəfə baş hakim olmuşdur[3].

Şəxsi həyatı

redaktə

Fəxri bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005)[4] Məzahir Süleymanzadənin qardaşıdır.[5]

İstinadlar

redaktə
  1. ↑ "Сулейманов Бейбала Тахир". Footballfacts.ru. 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2023.
  2. ↑ 1 2 3 4 "Арбитр ФИФА". Kaspiy.az. 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2023.
  3. ↑ Yüzün astanasında olan hakimlər və onların sərt qərarları - LAYİHƏ Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine. apasport.az, 18.06.2016  (az.)
  4. ↑ "Veteran idman jurnalistləri". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  5. ↑ "Məzahir Süleymanzadə vəfat etdi". Qafqazinfo.az. 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tahir_Süleymanov_(futbol_hakimi)&oldid=7810137"
LOVE.AZ