. Love.az

Talis Kokyeyeni - Wikipedia - Love.az

Ana Səhifə - Talis Kokyeyeni

Talış kökyeyəni (lat. Dorcadion (Cribridorcadion) talyschense) — Sərtqanadlılar dəstəsinə uzunbığlar fəsiləsinə aid növ. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Azərbaycanın endemik canlısıdır.

Talış kökyeyəni
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Talış kökyeyəni
Beynəlxalq elmi adı
  • Dorcadion talyschense
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
EOL  15876376

Mündəricat

  • 1 Təsviri
  • 2 Yayılması
  • 3 Həyat tərzi
  • 4 Sayı
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Qorunması üçün qəbul edilmiş tədbirlər
  • 7 Qorunması üçün məsləhət görülmüş tədbirlər
  • 8 İstinadlar
  • 9 Ədəbiyyat
  • 10 Xarici keçidlər

Təsviri

redaktə

Bədəni 13,5 – 18,5 mm uzunluqdadır. Ətrafları və bığcıqlar qaradır. Qanadüstlükləri üzərində açıq rəngli 2 tam zolaq vardır. Bel və tikiş zolaqları dar, çiyin və kənar zolaqları isə enlidir. Ön döş çılpaq və kobud punktirlidir.[1]

Yayılması

redaktə

Azərbaycanın cənub-şərqi (Zuvand Dövlət Təbiət Yasaqlığı)

Həyat tərzi

redaktə

Taxıl bitkiləri ilə qarışıq kserofil bitkilərlə örtülmüş quru yamaclarda, az hallarda qumluqlarda, qumsal gilli və yüngül şoranlaşmış torpaqlarda yaşayırlar. Böcəklər apreldə müşahidə olunur və mayın axırı, iyunun əvvəlinə qədər yaşayır, taxılların kökləri ilə qidalanır və puplaşma torpaqda başa çatır. Pupları qışlayır. İldə bir nəsil verir. Böcəklər çəhrayı sığırçınlar tərəfindən yeyilir.[2]

Sayı

redaktə

1922-ci ildə A. V. Boqaçev tərəfindən Lənkəranda 3 fərd tutulmuşdur (AMEA Zoologiya institutunun kolleksiya fondunda saxlanılır). Son illərdə rast gəlinməmişdir.

Məhdudlaşdırıcı amillər

redaktə

Böcəyin yaşadığı ərazilər mal-qara tapdağına məruz qalır. Bu ərazilərin insanlar tərəfindən şumlanması, əkilib becərilməsi böcəyin arealının daralmasına səbəb olur.

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Hirkan Milli Parkında qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Böcəyin yaşayış yerlərinə mal-qaranın buraxılması, bu ərazilərin əkin yeri kimi istifadə edilməsi qadağan edilməlidir. Böcəyin sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yasayis ərazilərinə monitorinqlər təşkil edilməlidir.

İstinadlar

redaktə
  1. ↑ Плавильщиков Н.Н. Жуки-дровосеки \\ Фауна СССР. Насекомые – жесткокрылые, т. XXI, ч. 3, М.-Л.,Изд. АН СССР, 1958, 591 с.;
  2. ↑ Данилевски М.Л., Мирощников А.И. Жуки-дровосеки Кавказа (Coleoptera, Cerambycidae). Опеделитель. Краснодар, 1985, с. 327.

Ədəbiyyat

redaktə
  1. Плавильщиков Н.Н. Жуки-дровосеки \\ Фауна СССР. Насекомые – жесткокрылые, т. XXI, ч. 3, М.-Л.,Изд. АН СССР, 1958, 591 с.;
  2. Данилевски М.Л., Мирощников А.И. Жуки-дровосеки Кавказа (Coleoptera, Cerambycidae). Опеделитель. Краснодар, 1985, с. 327.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Talış_kökyeyəni&oldid=6762653"
LOVE.AZ