. Love.az

Talis Qirqovulu - Wikipedia - Love.az

Ana Səhifə - Talis Qirqovulu

Talış qırqovulu (lat. Phasianus colchicus talischensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qırqovul cinsinin adi qırqovul növünə aid heyvan yarımnövü.

Talış qırqovulu
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Pangalloanserae
Dəstəüstü:
Galloanserae
Klad:
Pangalliformes
Dəstə:
Toyuqkimilər
Fəsiləüstü:
Phasianoidea
Fəsilə:
Qırqovullar
Yarımfəsilə:
Qırqovullar
Triba:
Phasianini
Cins:
Qırqovul
Növ:
Adi qırqovul
Yarımnöv:
Talış qırqovulu
Beynəlxalq elmi adı
  • Phasianus colchicus talischensis[1][2][…]
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
ITIS  678072

Mündəricat

  • 1 Statusu
  • 2 Kateqoriyası
  • 3 Qısa təsviri
  • 4 Yayılması
  • 5 Yaşayış yeri və həyat tərzi
  • 6 Əhali üçün əhəmiyyəti
  • 7 Qorunması üçün qəbul edilmiş tədbirlər
  • 8 Qorunması üçün məsləhət görülmüş tədbirlər
  • 9 İstinadlar
  • 10 Həmçinin bax

Statusu

redaktə

Nadirdir.

Kateqoriyası

redaktə

Kritik vəziyyətdədir (CR). Xüsusi mühafizə tədbirləri görülməsə nəsli kəsilə bilər.

Qısa təsviri

redaktə

Quyruğu uzundur. Erkəyi çox parlaq rəngdədir və çinədanını örtən lələklərin ucu oyuqdur, onun rəngli haşiyəsi Zaqafqaziya qırqovuluna nisbətən dardır. Dişisi boz-şabalıdı rəngdə olub, üzərində tünd ləkələr vardır. Erkəyinin oxuması 5-6 aylıq ev xoruzunun banlamasını xatırladır.

Yayılması

redaktə

XX əsrin 50-ci illərinə qədər Lənkəran ovalığında, Salyan düzənliyində və Talış dağlarının ətəklərində yayılması göstərilib. İndi isə yalnız Talış dağlarının orta və aşağı qurşaqlarında qalıb. Azərbaycandan kənarda bu yarımnövün yayıldığı ərazi İranın Xəzər sahili əyalətlərini əhatə edir.

Yaşayış yeri və həyat tərzi

redaktə

Taxıl sahələrinə və üzüm plantasiyalarına yaxın talalarla növbələşən keçilməz kolluqlarda yaşayır. Oturaqdır, gündüz fəal olur. Bir yaşında cinsiyyət yetişkənliyinə çatır. Poliqamdır. Aprel ayında cütlər əmələ gətirir. Yuvasında 9-21 yumurta olur, 21-24 gün kürt yatır. Mayın ikinci yarısında və iyunun əvvəllərində körpə cücələri müşahidə edilir. Həşərat, bitki toxumları, meyvə və giləmeyvə yeyir.

Əhali üçün əhəmiyyəti

redaktə

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Ovlanması qadağandır. Azərbaycanın "Qırmızı Kitab"ına (1989) və Bern konvensiyasına daxildir. Yaşayış yerlərinin cüzi bir hissəsi Hirkan Milli Parkında və Hirkan Dövlət Yasaqlığında yerləşir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Talışda Orandçayın aşağı axınında Orandçay-Lənkərançay Yasaqlığının yaradılması, Astaraçayın aşağı axınına həmsərhəd ərazilərdəki kolluqların təbii abidə edilməsi, süni şəraitdə çoxaldılıb yaşayış üçün səciyyəvi olan biotoplara reintroduksiyası, qanunsuz ovlanmasına qarşı ciddi mübarizə aparılması, yaşadığı biotopların ətrafında taxıl bitkilərinin əkininin genişləndirilməsi və kənd təsərrüfatı üçün yararlı olmayan sahələrdə çaytikanı, dərgil, böyürtkən kolluqlarının əkilməsi məsləhətdir.

İstinadlar

redaktə
  1. ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  2. ↑ World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Talış_qırqovulu&oldid=6956334"
LOVE.AZ