. Love.az

Talabi - Wikipedia - Love.az

Ana Səhifə - Talabi

Talabı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Talabı
41°16′03″ şm. e. 48°39′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 632 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Talabı xəritədə
Talabı
Talabı

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
  • 3 Görkəmli şəxslər
  • 4 Neft quyusu
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Toponimikası

redaktə

Talabı oyk., düz. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmişdə kənd 3 məhəllədən ibarət olmuşdur. Kəndin böyüməsi nəticəsində ondan Baş Talabı (Sər Talabı), 'Orta Talabı (Minkə Talabı) və Aşağı Talabı (Zır Talabı) məntəqələri yaranmışdır. Baş Talabıdan çıxan ailələr Talabıqışlaq kəndini yaratmışlar. Aşağı Talabı indi Xaruşə, Baş Talabı isə Talabı adlanır. Oykonim fars dilindəki təlab (çəmən, bağ, bağça) sözündən və mənsub, bildirən -/ şək.-sindən ibarət olub, “çəmənlik, bağ- çalıq” mənasındadır.[1]

Əhalisi

redaktə
  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir. [2]

Görkəmli şəxslər

redaktə

Neft quyusu

redaktə

1970-ci illərdə kənd ərazisində neft quyusunun qazıntısına başlanılmış, lakin bir müddətdən sonra isə bu proses dayandırılmışdır. 2017-ci ildə neft şirkətinin əməkdaşları Talabı kəndinə gələrək quyuya baş çəkiblər. Quyuda araşdırma işləri apardıqdan sonra neft quyusunun ağzını qazıyaraq betonlayıblar. 2018-ci ildə isə həmin neft quyusu yenidən aktivləşməyə başlayıb[3].

Həmçinin bax

redaktə
  • Quba rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  3. ↑ Qubada köhnə quyudan neft çıxdı Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine. qafqazinfo.az, 16.10.2018  (az.)

Xarici keçidlər

redaktə
  • Qubada neft tapıldı
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Talabı&oldid=7817571"
LOVE.AZ