Taleh — Zəki Dəmirkubuzun 2006-cı ildə çəkdiyi dram filmi. Baş rolları Vildan Atasever, Üfüq Bayraqdar, Engin Akyürek, Müge Ulusoy və Ozan Bilən canlandırıb. Film "ən yaxşı film", "qızıl portağal və "qızıl lalə" mükafatlarını qazanıb.
Taleh | |
---|---|
türk. Kader | |
![]() | |
Janr | dram filmi |
Rejissor | Zəki Dəmirkubuz |
Prodüser | Zəki Dəmirkubuz |
Ssenari müəllifi | Zəki Dəmirkubuz |
Baş rollarda |
|
Operator | |
Bəstəkar |
|
Montajçı | Zəki Dəmirkubuz |
İlk baxış tarixi | 2006 |
Müddət | 103 dəq.[1] |
Ölkə | |
Dil | türk dili |
Çəkiliş yeri | Türkiyə |
IMDb | ID0875595 |
Bəkir (Üfüq Bayraqdar) Uğura (Vildan Atasever), Uğur Zaqora (Ozan Bilən), Zaqor isə cinayət törətməyə aşiqdir. Vəziyyət belə olduğu halda Zaqor həbsdən çıxır. Bədbəxtliklərin bir-birini izlədiyi qızmar və isti yay gecəsində Cavad (Engin Akyürek) ilə Zaqor üz-üzə gəlir. Zaqor gözünü qırpmadan Cavadı öldürüb qaçır. Həmin gecə Uğur da yoxa çıxır. Bu qətl və sonradan Uğurun Zaqorla birlikdə yoxa çıxması, o günə qədər Cavadın himayəsi altında yaşayan gənc ana (Müge Ulusoy), iflic olmuş ata (Mustafa Uzunyılmaz) və kiçik qardaş üçün çətin, qaranlıq günlərdən xəbər versə də, Uğura dəlicəsinə aşiq olan Bəkirin nicat ümidi kimidir. Ailəsinin tapdığı qızla evlənir və yeni həyata başlayır. Amma aylar sonra Zaqor İzmirdə iki polisi öldürüb yaxalananda Uğura çatmaq üçün yeni bir ümid yaranır və bu amansız sevginin arxasınca illərlə davam edəcək amansız axtarış başlayır. O, ölkə pavilyonlarında, üçüncü dərəcəli otel otaqlarında, marixuana aləmlərində Uğurun izinə düşməyə başlayır.
Rollarda | Canlandırdıqları rollar |
---|---|
Zəki Dəmirkubuz | Məhməd |
Üfüq Bayraqdar | Bəkir |
Engin Akyürek | Cavad |
Vildan Atasever | Uğur |
Müge Ulusoy | Uğurun anası |
Ozan Bilən | Zaqor |
Ərxan Can | İrfan |
Mustafa Uzunyılmaz | Uğurun atası |
Çağlar Çorumlu | Kamil |
Sətdar Tanrıöğen | Bəkirin atası |
Güzin Alkan | Əminə |
Nurhəyat Kavrak | |
Abdullah Dəmirkubuz | Muzo |
Alpər Kul | Kadər |
Volqa Sorgu | |
Helin Avşar | |
Emre Qoç | |
Sərxan Çətinqaya | |
Müfit Aytəkin | Cəmil |
Engin Günaydın | |
Zeynəb Tokuş | |
Sərdar Orçin | |
Dəmir Qaraxan | |
Əmrah Elçiboğa | |
Əhməd Firat |
Filmin səhnələrinin çəkilişləri Konak və Qars bələdiyyələrinin köməkliyi ilə İzmir və Qars vilayətlərində tamamlanıb.