. Love.az

Tamilla Rustemova - Wikipedia - Love.az

Ana Səhifə - Tamilla Rustemova

Tamilla Səid qızı Rüstəmova (1936, Bakı – 23 iyul 2020, Moskva) — Azərbaycanlı aktrisa və pianoçu.

Tamilla Rüstəmova
Tamilla Səid qızı Rüstəmova
Doğum tarixi 1936
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 iyul 2020(2020-07-23)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Moskva
Atası Səid Rüstəmov
Fəaliyyəti aktrisa, musiqiçi
IMDb ID3999725

Həyatı

redaktə

Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür.[1] Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır.

2020-ci ildə Moskvada vəfat etmişdir[2]. Moskva şəhərində dəfn edilib.[3]

Filmoqrafiya

redaktə
  • Böyük dayaq (film, 1962) — rol: Maya
  • Ulduz (film, 1964) — rol: Ulduz
  • Zirvə (1964) — rol: Sevda
  • Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Növrəstə

İstinadlar

redaktə
  1. ↑ "От красивой любви и славы…Тамилла Рустамова – звезда фильмов "Улдуз" и "Великая опора"". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.
  2. ↑ 1news. "Ушла из жизни актриса, сыгравшая главную героиню в фильме «Улдуз»" (rus). 1news. 23.07.2020. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  3. ↑ "Tamilla Rüstəmova haqqında bilmədiklərimiz". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tamilla_Rüstəmova&oldid=7188279"
LOVE.AZ