Tamme-Lauri palıdı (est. Tamme-Lauri tamm) ― Estoniyanın ən qalın və ən yaşlı ağacı. Ağac Vırumaa vilayətinin Antsla bələdiyyəsində, Tamme-Lauri fermasının ərazisindəki kilsə torpaqlarında yerləşir.[1] Ağacın hündürlüyü 17 metr (56 ft), çevrəsinin uzunluğu isə 831 santimetrdir.[2] Tədqiqatçıların fikrincə ağac 1326-cı ildə əkilmişdir.[3]
Palıdı dəfələrlə ildırım vuraraq budaqlara ziyan vurmuş və gövdəsində böşluq yaratmışdır. 1970-ci illərdə aparılan bərpa zamanı boşluğun içərisində İkinci Dünya müharibəsi dövründə və sonrasında Sovyet rejiminə karşı Sovet işğalı altındaki Estoniya, Latviya və Litva partizanlarından təşkil olunmuş "Meşə Qardaşları" ordeninin köhnə sığınacağı tapılmışdır.[4] Boşluq 8 tonluq dəmir-betonla doldurulana qədər burada yeddi nəfər dura bilərdi.[5] Ağac ildırım vurması nəticəsində zərər görsə də, hələ də canlıdır.[6]
Tamme-Lauri palıdının adı, adını pis və bəzən də yaxşı uğurlar gətirən, palıdda yaşadığı düşünülən ruhdan almış eyniadlı fermanın adından gəlir.[5]
Tamme-Lauri palıdı Estoniyanın on kronluq əskinazının arxa tərəfində təsvir edilmişdir.[7] Ağac həmçinin Vırumaa vilayətinə daxil olan Urvaste bələdiyyəsinin gerbində və bayrağında da təsvir edilmişdir.
Palıd ağacı 30 iyun 1939-cu ildən bəri,[1] ağacın yerləşdiyi ərazi isə Estoniya Ətraf Mühit Nazirliyi tərəfindən 2006-cı ildən bəri qorunur.[6]
Tamme-Lauri palıdı 2016-cı ildə "Avropada ilin ağacı" yarışmasında Estoniyanı təmsil etmiş və burada ağacın bir İsveç kralının qəza keçirdiyi fayton hissəsindən böyüməyə başladığı barədə hekayə izah edilmişdir.[8]
Bu gün Estonyanın toy ənənələrinə ağacı ziyarət etmək də daxildir.[9]
Vikianbarda Tamme-Lauri palıdı ilə əlaqəli mediafayllar var. |