. Love.az

Tansan Zelzelesi 1976 - Wikipedia - Love.az

Ana Səhifə - Tansan Zelzelesi 1976

Tanşan zəlzələsi (əsrin faciəsi) — 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələ[2].

Tanşan zəlzələsi
Tarix
  • 28 iyul 1976[1]
Maqnituda 7,4 bal
Hiposentrin dərinliyi 7,5 km
Episentrin yeri
  • 39°39′50″ şm. e. 118°24′04″ ş. u.HGYO
Ölənlər
  • 242.769
Xəsarət alanlar
  • 164.851
Xəritədə yeri
Tanşan zəlzələsi xəritədə
Nöqtə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələnin nəticələri çox ağır olmuşdur. Tarixə XX əsr faciəsi kimi düşmüşdür.

Çin rəsmiləri zəlzələnin 242 min nəfərin həyatına son qoyduğu barədə məlumat yaydılar. Ancaq dağıntı yerində xarici ölkə nümayəndələri azı 800 min nəfərin həlak oduğu qənaətinə gəldilər. Zəlzələ o qədər güclü idi ki, onun təsirindən nəinki Tanşan şəhəri yerlə yeksan oldu, həm də hadisə yerindən 140 kilometr məsafədə yerləşən Pekin və Tyanstzin şəhərində dağıntılar baş verdi. Ümumiyyətlə isə, zəlzələ 5,3 milyon evin dağılmasına yol açdı. Bu zəlzələ tarixdə həcminə görə, Şensi (1556-cı il) və Hind okeanında (2004) baş verən zəlzələlərdən sonra üçüncü ən böyük təbii fəlakət hesab edilir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Immanuel C.Y. Hsü The Rise of Modern China (ing.). 6 USA: OUP, 2000. P. 766. 1136 p. ISBN 978-0-19-512504-7
  2. ↑ Dünyanı silkələyən zəlzələlər (2) — zaman.az saytı[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tanşan_zəlzələsi_(1976)&oldid=5921073"
LOVE.AZ