. Love.az

Tapdiq Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Tapdiq Eliyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Tapdıq Əliyev — alim, Texnika elmləri doktoru (1991), professor (1992), Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının muxbir üzvü (1992), Beynəlxalq Ekolokiya Akademiyasının müxbir üzvü (1993), Alekseyevski adına elmi-tədqiqat su təsərrüfatı institutunun hidrotexnika tikinti şöbəsinin rəisi, Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavini

Tapdıq Əliyev
Tapdıq Əlipaşa oğlu Əliyev
Doğum tarixi 1 iyul 1945 (79 yaş)
Doğum yeri Qazax rayonu, Azərbaycan
Elm sahəsi Texnika
Elmi dərəcələri Ali, Elmlər doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Politexnik İnstitutu

Həyatı

redaktə

Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1970). 1970-1973-cü illərdə Azərbaycan Su Problemləri İnstitutunda kiçik elmi işçi olmuşdur. Moskvada Kostyakov adına Ümumittifaq Elmi–Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun aspiranturasında oxumuş (1974-1977), 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə “Əlaqəli və əlaqəsiz qruntlarda kanalların hidrodinamiki dayanıqlılığı'” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1979--1993-cü illərdə Alekseyevski adına elmi–tədqiqat Su Təsərrüfatı İnstitutunda hidrotexniki tikinti şöbəsinin rəisi işləmişdir. 1993-cü ildən Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavinidir. Eyni zamanda Moskva Kommunal Təsərrufat və Tikinti İnstitutunda şəhər tikintisi kafedrasının professorudur.

Rusiya və xarici ölkələrdə 200-dən artıq elmi əsəri çap olunmuşdur. On monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 20–dən artıq elmlər namizədi və doktoru hazırlanmışdır.

Mənbə

redaktə

http://qazax.biz/

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tapdıq_Əliyev&oldid=8005449"
LOVE.AZ