![]() |
Bu məqalə azərbaycanlı diplomat haqqındadır. Azərbaycanlı prodüser və aparıcı üçün Tolik səhifəsinə baxın. |
Tarik Əliyev (tam adı: Tarik İsmayıl oğlu Əliyev) — Azərbaycan diplomatı.
Tarik Əliyev | |
---|---|
Tarik İsmayıl oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Fəaliyyəti | diplomat |
Atası | İsmayıl |
Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[1] Elə həmin gün ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir.[2]
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə iqamətgahı Paris şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.[3]
Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2010-cu il tarixli Sərəncamı ilə hər iki ölkədən – Fransa və Monakodakı vəzifəsindən geri çağırılmışdır.[4]
O, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[5] Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi təyin edilmişdir.[6]
31 oktyabr 2012-ci il tarixli Sərəncama əsasən, iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında,[7] 11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən, eyni zamanda Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında,[8] 16 yanvar 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mavritaniya İslam Respublikasında,[9] 27 fevral 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mali Respublikasında[10] fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli Sərəncamı ilə Tunis Respublikasındakı vəzifəsindən geri çağırılmışdır.[11]