Tarix-i güzidə[1] və ya Tarix-e qozide[2] (fars. تاریخ گزیده; "Seçilmiş tarix"[1]) — Həmdullah Qəzvini tərəfindən yazılmış və 1330-cu ildə tamamlanan İslam tarixinin dünyanın yaradılmasından 1329-cu ilə qədərki hissəsini əhatə edən əsər.[3][4][5] Quru, sadə üslubda yazılmış və Qiyasəddin ibn Rəşidəddinə həsr edilmişdir.[5]
"Tarix-i güzidə" çox məşhur olmuşdur və onun çoxlu nüsxələri mövcud idi. Onların çoxuna Avropa kolleksiyalarında rast gəlinirdi.[5] 1903-cü ildə Jül Qantin tərəfindən qismən fransız dilinə tərcümə edilmişdir. Eduard Qranvil Braun 1910-cu ildə tam nəşrini və 1913-cü ildə qısaldılmış ingilisdilli versiyasını nəşr etmişdir. 1960-cı ildə Əbdülhüseyn Nəvai "Tarix-i güzidə"nin tam versiyasını nəşr etdirmişdir.[6]