. Love.az

Tarix Uzre Felsefe Doktoru - Wikipedia - Love.az

Ana Səhifə - Tarix Uzre Felsefe Doktoru

Fəlsəfə doktoru (PhD; lat. philosophiae doctor və ya doctor philosophiae; ing. Doctor of Philosophy) — Beynəlxalq səviyyədə elmi ixtisaslaşma və tədqiqat bacarığını təsdiqləyən, adətən doktorluq səviyyəsində təqdim edilən elmi dərəcədir. Bu dərəcə, müəyyən sahə üzrə yeni biliklərin yaradılması və ya mövcud biliklərin əhəmiyyətli şəkildə inkişaf etdirilməsi yolu ilə əldə edilir.

elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcə.[1]

Haqqında

redaktə

Fəlsəfə doktoru elmi dərəcəsi müvafiq ali məktəbin magistratura pilləsini bitirmiş, müəyyən edilmiş imtahanları müvəffəqiyyətlə vermiş, alimlik dərəcələrinin və elmi adların verilməsi haqqında Əsasnamə ilə müəyyən edilmiş qaydada dissertasiya müdafiə etmiş şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya aktual elmi məsələnin yeni həllini verən və müəyyən bilik sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yetkin elmi tədqiqat işi olmalıdır.[2]

Həmçinin bax

redaktə
  • Elmlər namizədi
  • Elmlər doktoru

İstinadlar

redaktə
  1. ↑ ""Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu (19 iyun 2009-cu il)" (az.). e-qanun.az. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
  2. ↑ Fəlsəfə doktoru // İsgəndər Səklikov. Pedaqoji terminlər lüğəti. — Bakı: "Azəri" nəşriyyatı, 2021. — səh. 135.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fəlsəfə_doktoru&oldid=8145420"
LOVE.AZ