Tariyel Hümbət oğlu İsmayılov (16 oktyabr 1949, Şiştəpə, Şamxor rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universiteti Bərk cisimlər fizikası kafedrasının professoru.[1]
İsmayılov Tariyel | |
---|---|
İsmayılov Tariyel Hümbət oğlu | |
![]() | |
Doğum tarixi | 16 oktyabr 1949(1949-10-16) (75 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
İş yeri | |
Təhsili |
16 oktyabr 1949-cu ildə Şəmkir rayonunun Şiştəpə kəndində hərbçi ailəsində anadan olub. 1967-ci ildə Bakı şəhəri 176 sayli orta məktəbi qızıl medalla bitirib. Üç övladı var.[1]
Kimya elmləri doktoru, professor Etibar İsmayılovun qardaşıdır.
1967–1972 — tələbə, Fizika fakültəsi, Baki Dövlət Universiteti
1981, f.r.-e.n., " bərk məhlullarında işığın udulma və zonalararası kombinasion səpilmə nəzəriyyəsi", AMEA, Fizika İnstitutu
1993 f.r.e.d., " tipli yarımkeçiricilərdə və onların yarımmagnit məhlullarında işığın elektron kombinasion səpilməsi və ikifotonlu udulması", AMEA, Fizika İnstitutu[1]
1975–1976 – SSRİ EA, Radiotexnika və Elektronika İnstitutu (Moskva), elmi tədqiqatçı
1972–1985 — AMEA, Fizika İnstitutu, kiçik elmi işçi
1985–1992 – Kosmik Tədqiqatlar Elm İstesalat Birliyi baş elmi işçi, qrup rəhbəri
1992–1999 — AMEA, Fizika İnstitutu, aparıcı elmi işçi
1999–2000 — AMEA, Fizika İnstitutu, laboratoriya müdiri
2000-ci ildən indiyədək Bakı Dövlət Universiteti Fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasında işləyir.[1]
Tariyel İsmayılov 120-dən artıq elmi əsər, o cümlədən 1 dərs vəsaiti, 1 müəlliflik şəhadətnaməsinin müəllifidir.
"Bərk cisimlərin optik xassələri", Bakı −2006, 52 səh., dərs vəsaiti.[1]
Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.[1]