. Love.az

Tata Macaristan - Wikipedia - Love.az

Ana Səhifə - Tata Macaristan

Tata- (alm. Totis‎, lat. Dotis) Macarıstanın şimal-qərbində yerləşən Komarom-Esterqom vilayətində qəsəbə. 2010-cu ildə "Avropa Bioloji Müxtəliflilik" paytaxtı seçilmişdir.[3]

Tata
Bayraq Gerb
Bayraq Gerb
47°39′ şm. e. 18°19′ ş. u.HGYO
Ölkə
  •  Macarıstan[1]
Tarixi və coğrafiyası
Sahəsi
  • 78,17 km²
Mərkəzin hündürlüyü 140 m
Saat qurşağı
  • Mərkəzi Avropa vaxtı[d]
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 23.549 nəf. (2024)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 34
Poçt indeksi 2890
Digər
tata.hu
Xəritəni göstər/gizlə
Tata xəritədə
Tata
Tata
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Ərazisi
  • 2 Tarixi
  • 3 Qalereya
  • 4 İstinadlar

Ərazisi

redaktə

Tata qəsəbəsi Macarıstanın Gereçe və Virteş dağları arasında, Budapeştin 70 km şimal qərbində, mərkəzi Tatabanyanın 12 km şimal qərbində yerləşir. Coğrafi mövqeyinə görə Budapeşt və Vyana arasında quru və dəmir yollarının qovuşduğu nöqtədədir.

Tarixi

redaktə

Tata qəsəbəsi antik dövrlərdən günümüzə qədər yaşayış məntəqəsi olmuşdur. Roma imperiyası dövründə Pannoniya əyaləti sərhədləri çərçivəsində olsa da, daha sonralar burada German və Avar tayfaları yerləşmişdir. Arpad sülaləsinin hakimiyyəti dövründə Tata kral mülkünə çevrildi. 1543-cü ildə Osmanlı qoşunları tərəfindən tutulan Tata qalası, tamamilə dağıdılaraq yenidən inşa edildi. 1557-ci ildə macarlar yenidən Tataya sahib olsalar da, 1565-cü ildə bura Habsburqların mülkünə çevrilmişdir. Hələ Osmanlı zamanında qəsəbənin ətrafı iri qala divarlarından ibarət idi. Divarların dibindən başlayaraq qala xəndəklərlə əhatə olunmuşdu [4].

Qalereya

redaktə
  •  
    Tata qalası
  •  
  •  
  •  
    Qalanın yandan görünüşü

İstinadlar

redaktə
  1. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
  2. ↑ Magyarország helységnévtára, Detailed Gazetteer of Hungary (mac.). KSH, 2024.
  3. ↑ "European Capitals of Biodiversity". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
  4. ↑ MAGYARORSZÁG HELYSÉGNÉVTÁRA, 2012
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tata_(Macarıstan)&oldid=7234036"
LOVE.AZ