. Love.az

Tatyana Omelcenko - Wikipedia - Love.az

Ana Səhifə - Tatyana Omelcenko

Tatyana Omelçenko (23 aprel 1994, Krivoy Roq) — 2007–2016-cı illərdə Ukraynanı, 2016-cı ildən isə Azərbaycanı təmsil edən qadın güləşçi.[1]

Tatyana Omelçenko
Şəxsi məlumatlar
Tam adı Tatyana Omelçenko
Vətəndaşlığı Ukrayna Ukrayna →
Azərbaycan Azərbaycan
Doğum tarixi 23 aprel 1994 (31 yaş)
Doğum yeri Krivoy Roq, Ukrayna
Boyu 166 sm. (5 ft 6in)
İdman növü Güləş
Karyera illəri 2007—2022
Məşqçisi Grigori Şepilev
Medallar
Azərbaycan Azərbaycan üçün
Avropa Çempionatı
Bürünc 2017 Serbiya 60 Kq.
Bürünc 2018 Rusiya 59 Kq.
Bürünc 2019 Rumıniya 62 Kq.
Bürünc 2020 İtaliya 62 Kq.

Karyerası

redaktə

Tatyana Omelçenko birinci uğuruna 2010-cu ildə Bosniya və Herseqovinada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olmaqla imza atdı.[1] 2012-ci ildə Kiyev şəhərində beynəlxalq turniri gümüş medalla başa vuran Tatyana Omelçenko həmin il Belarusda A. Medvdedin xatirəsinə həsr olunan beynəlxalq turnirin bürünc medalına sahib oldu.[1] Daha sonra Tatyana Omelçenko 2014-cü ildə Fransada Paris Qran-Prisinin qalibi oldu.[1]

2015-ci ildə Tatyana Omelçenko Polşada U23 Avropa Çempionatını bürünc medalla başa vurdu.[1] Bir il sonra, 2016-cı ilin yanvarında Tatyana Omelçenko Kiyev şəhərində beynəlxalq turnirin bürünc medalına sahib oldu.[1] Həmin turnirdən sonra Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Tatyana Omelçenko Azərbaycan yığmasının heyətinə cəlb edildi.[1] Həmin ilin martında Tatyana Omelçenko Bolqarıstanda U23 Avropa Çempionatının qalibi oldu, noyabrda isə Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu.[1]

Tatyana Omelçenko 2017-ci ildə birinci uğuruna martda Kiyev şəhərində beynəlxalq turnirin qalibi olmaqla imza atdı.[1] May ayında Tatyana Omelçenko əvvəl Serbiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu, sonra isə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[1] Noyabrda Tatyana Omelçenko həm də Polşada U23 Dünya Çempionatını bürünc medalla başa vurdu.[1]

2018-ci ildə də Tatyana Omelçenko əvvəl fevralda Kiyev şəhərində beynəlxalq turnirin qalibi oldu, sonra isə mayda Rusiyada Avropa Çempionatının bürünc medalına sahib oldu.[1] Tatyana Omelçenko həm də həmin ilin sentyabrında Belarusda A. Medved beynəlxalq turnirini gümüş medalla başa vurdu.[1] 2019-cu ildə isə Tatyana Omelçenko apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında ardıcıl olaraq üçüncü dəfə bürünc medalın sahibi oldu, sentyabrda isə Qazaxıstanın Astana şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[1]

Tatyana Omelçenko 2020-ci ilin yanvarında İstanbul şəhərində Yaşar Doğu beynəlxalq turnirinin gümüş medalına, fevralda isə Roma şəhərində Avropa Çempionatının bürünc medalına sahib oldu.[1] 2021-ci ildə isə Tatyana Omelçenko martda Macarıstanın Budapeşt şəhərində Avropa Olimpiya Təsnifat Turnirini bürünc medalla başa vurdu və olimpiya lisenziyasını əldə edə bilmədi.[1]

2022-ci ilin avqustunda Konya şəhərində İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Tatyana Omelçenko sentyabrda Belqrad şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[1] 2022-ci ildə idmanla vidalaşdı.[1]

Nəticələri

redaktə
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
  Ukrayna
1
2009
Yeniyetmələrin Avropa Çempionatı   Serbiya
11.
2
2010
Yeniyetmələrin Avropa Çempionatı   Bosniya və Herseqovina
3.
3
2011
Yeniyetmələrin Avropa Çempionatı   Polşa
8.
4
2012
Kiyev Turniri   Ukrayna
2.
5
A. Medved Turniri   Belarus
3.
6
Universiada Oyunları   Rusiya
11.
7
2014
Paris Qran-Prisi   Fransa
1.
8
D. Kolov - N. Petrov   Bolqarıstan
4.
9
Gənclərin Dünya Çempionatı   Xorvatiya
15.
10
2015
U23 Avropa Çempionatı   Polşa
3.
11
D. Kolov - N. Petrov Turniri   Bolqarıstan
3.
12
2016
Kiyev Turniri   Ukrayna
3.
  Azərbaycan
13
2016
U23 Avropa Çempionatı   Bolqarıstan
1.
14
Qızıl Qran-Pri   Azərbaycan
2.
15
Dünya Çempionatı   Macarıstan
18.
16
2017
Kiyev Turniri   Ukrayna
1.
17
U23 Avropa Çempionatı   Macarıstan
10.
18
Avropa Çempionatı   Serbiya
3.
19
İslam Həmrəyliyi Oyunları   Azərbaycan
1.
20
Dünya Çempionatı   Fransa
22.
21
U23 Dünya Çempionatı   Polşa
3.
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
22
2018
Kiyev Turniri   Ukrayna
1.
23
Avropa Çempionatı   Rusiya
3.
24
A. Medved Turniri   Belarus
2.
25
Dünya Çempionatı   Macarıstan
18.
26
2019
Avropa Çempionatı   Rumıniya
3.
27
Dünya Çempionatı   Qazaxıstan
7.
28
2020
Yaşar Doğu Turniri   Türkiyə
2.
29
Avropa Çempionatı   İtaliya
3.
30
2021
Kiyev Turniri   Ukrayna
12.
31
Avropa Olimpiya Təsnifat Turniri   Macarıstan
3.
32
Dünya Olimpiya Təsnifat Turniri   Bolqarıstan
12.
33
2022
İslam Həmrəyliyi Oyunları   Türkiyə
3.
34
Dünya Çempionatı   Serbiya
7.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 International Wrestling Database. "TATYANA OMELCHENKO". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tatyana_Omelçenko&oldid=7309052"
LOVE.AZ