. Love.az

Tayso - Wikipedia - Love.az

Ana Səhifə - Tayso

İmperator Tayşo (yap. 大正天皇 Yoşihito (yap. 嘉仁), (31 avqust 1879 – 25 dekabr 1926) – 123-cü Yaponiya imperatoru, 1912–1926 illər ərzində hakimiyyətdə olmuşdur[1] Onun hakimiyyət dönəmi Tayşo adlandırılır.

Tayşo
yap. 大正天皇
Şəxsi məlumatlar
Doğum tarixi 31 avqust 1879(1879-08-31)
Vəfat tarixi 25 dekabr 1926(1926-12-25) (47 yaşında)
Vəfat səbəbi ürək tutması, ağciyər iltihabı
Atası Meyci
Uşaqları
  • Hirohito,
  • Şahzadə Mikasa[d]
Hərbi xidmət
Qoşun növü Yaponiya İmperator ordusu
Çin adı
Vəfatından sonrakı adı 大正

Təltifləri Bant ordeni (İngiltərə krallığı) Qara Qartal ordeni (Prussiya) "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya imperiyası) Müqəddəs Aleksandr Nevski ordeni (Rusiya imperiyası) Order of the Redeemer (Yunanıstan) Order of George I (Yunanıstan Krallığı) Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus (Savoy hersoqluğu) Knight of the Order of the Golden Fleece 1-ci dərəcəli pavlovniya çiçəkli "Doğan günəş" ordeni (Yaponiya) "Müqəddəs xəzinə" ordeni (Yaponiya) Collar of the Supreme Order of the Chrysanthemum (Yaponiya) Grand Cordon of the Supreme Order of the Chrysanthemum (Yaponiya) Order of Saint Hubert (Bavariya Krallığı) Müqəddəs Olaf ordeni (Norveç) Serafimlər ordeni (İsveç) "Fil" ordeni (Danimarka) "Ağ qartal" ordeni (Reç Pospolita) Knight of the Order of the Most Holy Annunciation (İtaliya) Order of the Royal House of Chakri (Rattanakosin Kingdom) Knight grand cross of the order of the crown of Italy (İtaliya krallığı) "Qızıl çərpələng" ordeni (Yaponiya imperiyası)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

redaktə

İmperator Tayşo 31 avqust 1879 ildə anadan olmuşdur. O, İmperator Meycinin üçüncü oğlu olmuşdur. Anası Yanaqivara Nauro Saray məslələtcisi Yanaqivari Misinarunun qızı olmuşdur. Yeni doğulan körpəyə Haru adı verilmişdir[2].

1889-cu ildə Tayşo həliəhdə çevrilir. Elə həmin ilin 3 noyabr tarixində şahzadə titulu alır[3]. Üstəlik o, İmperiya ordusu və donanmasının kiçik leytenantı elan edilir. 1909-cu ildə isə general-leytenant və vitse-admiral[2].

1900 ildə o, aristokrat Kuce Mititakinin dördüncü qızı olan Sadako ilə evlənir. Sonrada imperatoriça Teymey adı ilə tanınır. Onların üç oğlu olur:, Hirahito, şahzadə Titibu Yasuhito, şahzadə Takamasu Nabuhito və Mikasa Takahito[2].

30 iyul 1912 il tarixində Meycinin ölümündən sonra Yaponiya imperatoru elan edilir. Üç illik matəmdən sonra rəsmi olaraq səaliyyətlərinə başlayır[2].

Birlik dönəmində və Birinci Dünya müharibəsindəki fəaliyyətlərinə görə 9 yanvar 1918-ci ildə Böyük Britaniyanın feldmarşalı elan edilir.

İmperator Meningitdən əziyyət çəkirdi. Cavan yaşlarında xəstəlik aradan qalxsada sonradan yenidən şiddətlənmişdir. Xəstəlik səbəbindən öz səahiyyətlərini yerinə yetirə bilmirdi. 1919-cu ildə parlamentin açılışında belə iştirak edə bilməmişdir. Bu səbəbdən 1926-cı ildə artıq parlament pegent olaraq oğlu Hirohitonu təyin edirlər[2][4]

25 dekabr 1926 ildə imperator 47-yaşında vəfat edir. Onu Tama məqbərəsində bastırırlar (yap. 多摩陵, たまのみささぎ)[2][5]

İstinadlar

redaktə
  1. ↑ Taisho, Emperor // Encyclopedia of Japan (CD-ROM). — Kodansha Ltd, 1999. — ISBN 978-4062099370.
  2. ↑ 1 2 3 4 5 6 Император Тайсё // Энциклопедия Ниппоника : [яп.] = Ниппон дайхякка дзэнсё : в 26 т. — 2-е изд. — Токио : Сёгакукан, 1994–1997.
  3. ↑ "Tayşonun bioqrafiyası". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-19.
  4. ↑ ТАЙСЁ // Япония от А до Я. Популярная иллюстрированная энциклопедия. (CD-ROM). — М.: Directmedia Publishing, "Япония сегодня", 2008. — ISBN 978-5-94865-190-3.
  5. ↑ Tama məqbərəsi Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine // İmperator sarayının rəsmi səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tayşo&oldid=7906087"
LOVE.AZ