. Love.az

Tay Metbexi - Wikipedia - Love.az

Ana Səhifə - Tay Metbexi

Tailand mətbəxi və ya Tay mətbəxi — Tailand Krallığının mətbəxi.

Tay salatı

Tailand mətbəxi özünün qeyri-adiliyi ilə digərlərindən fərqlənir. Onun qonşu Çin mətbəxindən əsas fərqi ondan ibarətdir ki, Tailand mətbəxində inqredientlərin seçimində müəyyən sərbəstliyə yol verir. Beləliklə də o daha fərdi və orijinal olur. Lakin, Tay mətbəxində dünyanın başqa mətbəxlərinin güclü təsiri hiss olunsa da, o, həmçinin öz xüsusi yeməkləri ilə fərqlənir. Bu da onun orijinallığının sirri hesab oluna bilər.[1]

Tailand mətbəxində xörəklərin bişirmə vaxtı və ədviyyatların və ətirli otların seçimi aşbazın arzu və fantaziyasından asılıdır. Gözəl dadından başqa, xörəyin həmçinin gözəl görünüşü də olmalıdır. Çünki tailandlılar xörəyin estetik görünüşünə çox böyük əhəmiyyət verirlər.[1]

Tərəvəzlərin və meyvələrin üzərində naxışın açılması demək olar ki, incəsənətə çevrilib. Xörəklər çox vaxtı soğan, pomidor və ya xiyar dilimləri ilə bəzədilir.[1]

Bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü təşkil edir. Demək olar ki, düyü bütün yeməklərin hazırlanmasında istifadə olunur. O, dadları tarazlaşdırdığı üçün isti yeməklərin hazırlanmasında geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, düyü bişirilərkən, ona heç vaxt duz əlavə olunmur. Tay mətbəxində düyü Avropa mətbəxində geniş istifadə olunan çörək və kartofu əvəz edir.[1]

Mündəricat

  • 1 Dadları
  • 2 Beynəlxalq səviyyədə tanınması
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Dadları

redaktə

Tay mətbəxi dörd əsas dadlardan ibarətdir[1]:

  • turş (limon və yetişməmiş manqo və ya ananas, sirkə);
  • şirin (şəkər qamışı və ya dəymiş ananas);
  • acı (acı xiyar);
  • duzlu (duz, balıq sousu).

Yandırıcı acı dad bütün dadlardan üstündür. Nəfis xörəyin hazırlama sirri bütün dadların məharətli və ahənqdar birləşdirilməsindən ibarətdir.[1]

Beynəlxalq səviyyədə tanınması

redaktə

Tailand mətbəxinin beynəlxalq səviyyədə tanınması XX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, 1960-cı illərdən sonra bir turistik cazibə mərkəzi olması səbəbindən və Vyetnam müharibəsi dövründə Amerika əsgərlərinin bölgəyə gəlməsi nəticəsində beynəlxalq səviyyədə tanınmağa başlamışdır. Bundan əvvəl isə qərblilər tərəfindən bu mətbəxə maraq göstərilməmişdir.

Tay xörəklərini yemək üçün bıçağların istifadəsi tələb olunmur, çünki bütün inqrediyentlər xörək hazırlanarkan balaca tikələrə doğranılır. Xörəklər qaşığın üzərinə tikələrin çəngəl ilə qoyulması vasitəsilə yeyilir. Amma Qərb mədəniyyəti meydana gələndən sonra, xörəklərin əl ilə yeyilməsi və ya birbaşa kasalardan içilməsi çəngəl və qaşıqların istifadə olunması ilə əvəz olundu.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 Çin mətbəxi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine bonduelle.az  (az.)

Xarici keçidlər

redaktə
  Vikianbarda Tailand mətbəxi ilə əlaqəli mediafayllar var.
  • What is Thai cuisine: Thesis on the history of Thai cuisine[ölü keçid]
  • Thai government public relations department: Famous Thai dishes Arxivləşdirilib 2015-02-05 at the Wayback Machine
  • Chiang Mai University: recipes from Northern Thailand Arxivləşdirilib 2012-08-01 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tailand_mətbəxi&oldid=7407619"
LOVE.AZ