Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Telman İmanov (tam adı: İmanov Telman İman oğlu; d. 1961, Biləsuvar rayonu, Azərbaycan) — İqtisad elmləri doktoru, professor.[1] AMEA-nın İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən ixtisaslaşmış Dissertasiya Şurasının üzvi, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun eksperti, ikinci Azərbaycan-Belarus birgə beynəlxalq müsabiqənin qalibi, Lənkəran Dövlət Universitetində Rektorun "Strateji inkişaf" üzrə müşaviri.
Telman İmanov | |
---|---|
İmanov Telman İman oğlu | |
Doğum tarixi | (63 yaş) |
Doğum yeri | Biləsuvar rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki ADİU) |
Fəaliyyəti | professor |
Elmi dərəcəsi |
1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) Ümumiqtisad fakultəsinin "İqtisadi məlumatların mexaniki üsul ilə işlənməsi" ixtisası üzrə tam kursu bitirib. 1982–1985-ci illərdə keçmiş Dövlət Maddi-Texniki Təchizat Komitəsinin Hesablama və Kommersiya mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb (Azərbaycan Respublikası AAK-nın 27.12.1995 (Pr.№ 55)).
1995–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İstehsal vasitələri marketinqi" kafedrasında baş müəllim vəzifəsində çalışıb. 2002–2005-ci illərdə Respublikada ilk olaraq yaradılmış "Logistika" kafedrasına rəhbərlik edib.[1]
Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın 02.04.2004-cü il (pr.№ 11) tarixli qərarı ilə Logistika kafedrası üzrə dosent elmi adını almışdır. 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın 22.01.16-cı il (pr.№ 02) tarixli qərarı ilə doktorluq dissertasiyanı uğurla müdafiə edərək, iqtisad elmləri doktoru adını almışdır.
2005–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Marketinq" kafedrasının müdiri olub.[1] "Marketinq", "Logistika", "İnnovasiya marketinqi", "Təchizat zəncirində ehtiyatların idarə edilməsi" və s. fənnlərinin tədrisi ilə də məşgul olub. 03.01.2019-cu il tarixindən Lənkəran Dövlət Universitetinin "İqtsadiyyat və innovativ idarəetmə" kafedrasının müdiridir.
30 sentyabr 2021-ci il tarixindən Lənkəran Dövlət Universitetində Rektorun "Strateji inkişaf" üzrə müşaviridir.
Aparılan tədqiqatın əsas nəticələri "İstehsal vasitələri bazarı: problemlər və perspektivlər" (2008) və "İnnovativ iqtisadiyyatda məhsullar bazarının infrastruktur təminatı: inkluziv inkişafın struktur-analitik aspektləri" (2018) adlı monoqrafiylarda, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi ixtisaslaşmış jurnal və elmi məcmuələrdə (40 yaxın) və digər nəşrlərdə çap edilən 100-dən artıq elmi məqalələrdə, eləcə də Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun qrantların verilməsi üzrə 2-ci Azərbaycan -Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində keçirilən konfranslarda dinlənilən tezis və məruzələrdə öz əksini tapmışdır. Marketinq sahəsində 40 çap vərəqinə yaxın xarici ədəbiyyatlar azərbaycan dilinə tərcümə edilmişdir.
"Marketinqin əsasları" adlı metodiki vəsait (2003-cü ili), "Kurs işlərinin yerinə yetirilməsinə dair" metodiki vəsait (2004-cü il),"Logistika" adlı 2-cildli dərslik (2005-ci il), "Birja və hərracların təşkili və idarə edilməsi" dərs vəsaiti (2011-ci il, 217 səh), marketinq sahəsində 40 çap vərəqinə yaxın xarici ədəbiyyatların azərbaycan dilinə tərcüməsi, o cümlədən, "Marketinq strategiyası və mövqeləşdirmə" (2008-ci il, 770 səh.), "Marketinq menecment" (2008-ci il, 470 səh.). Digər nəşrlər:
"Belarus-Azərbaycan Respublikalarının daxili bazarlarında kompleks texnoloji məhsulların irəlilədilməsi üçün birgə sənaye klasterlərinin formalaşması "2-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin qalibi (2018–2020-ci illər)