. Love.az

Telman Bekirov - Wikipedia - Love.az

Ana Səhifə - Telman Bekirov
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Telman.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Telman Muxtar oğlu Bəkirov — Alim, texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmi-Tədqiqat Qaz İnstitutunun laboratoriya rəhbəri.

Telman Bəkirov
Telman Muxtar oğlu Bəkirov
Doğum tarixi 1941
Doğum yeri Qazax, Azərbaycan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2001
Vəfat yeri Moskva
Dəfn yeri Qazax
Elm sahəsi Texnika
Elmi dərəcələri Ali, Elmlər doktoru
Təhsili Azərbaycan Dövlət Neft və Kimya İnstitutu

Həyatı və elmi fəaliyyəti

redaktə

Telman Bəkirov 1941-ci ildə Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olmuş və 1965-ci ildə bitirmişdir. 1965–1970-ci illərdə Respublikanın kimya və qaz sənayesi müəssisələrində mühəndis vəzifəsində işləmişdir.

1970-ci ildə Moskvaya gedərək Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda aspirant, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

1972-ci ildə "Yüksək təzyiqdə karbohidrogenli qazların absorbsiya qabiliyyətinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

1991-ci ildə "Təbii qazların ilkin emalının absorbsiya prosseslərinin intensivləşdirilməsi" mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elm dərəcəsi almışdır.

Tədqiqat işləri ittifaqın neft və qaz yataqlarında geniş tətbiq olunmuş, Urenqoy və Yamburqda çox səmərəli nəticələr vermişdir.

200-dən çox elmi əsərin, 4 monoqrafiyanın, bir kitabın, 20 kəşfin müəllifidir.

Amerika Birləşmiş Ştatlarında və Fransada çox mötəbər tədbirlərdə təbii qaz problemlərinə həsr olunmuş konfranslarda çıxış etmişdir.

Telman Bəkirov Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Ömrünün axırına qədər Rusiya Elmi-Tədqiqat Qaz İnstitutunda laboratoriya rəhbəri olmusdur.

2001-ci ildə Moskva şəhərində vəfat etmiş, Qazax şəhərində dəfn olunmuşdur.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Telman_Bəkirov&oldid=8005454"
LOVE.AZ