Telman Xəlilov Abdul Həmid oğlu (26 oktyabr 1938, Bakı – 30 avqust 2024) — coğrafiya elmləri doktoru, professor.
Telman Xəlilov | |
---|---|
Telman Xəlilov Abdul Həmid oğlu | |
Doğum tarixi | 26 oktyabr 1938(1938-10-26) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 30 avqust 2024(2024-08-30) (85 yaşında) |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Atası | Abdul Həmid Xəlilov |
Elmi dərəcəsi | professor |
Elmi adı | coğrafiya elmlər doktoru |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Xəlilov Telman Abdul Həmid oğlu 1938-ci il oktyabrın 26-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1959-cu ildə Bakı Dövlət Universitetinə keçirilmişdir. 1962-ci ildə universiteti " Coğraf bioloq" ixtisası üzrə bitirmişdir. 1964–1974-cü illərdə EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işləmiş, 1966-cı ildə aspiranturaya daxil olub.
30 avqust 2024-cü ildə vəfat edib.[1]
Elmi məqalələri Moskva, Novosibirsk, İran, Bakı, Gəncə və s. şəhərlərdə bir məqaləsi ABŞ-də ingilis dilində çap olunmuşdur. Çoxsaylı elmi hesabatların həm müəllifidir. T. Xəlilov Bakıda, Moskvada, Novosibirskdə, Tehranda, Daşkənddə, Tbilisdə qurultay, konfran, simpozium və simenarlarda məruzələrlə çıxış etmişdir. Beynəlxalq və Azərbaycan torpaqşünaslıq cəmiyyətinin üzvüdür. T. Xəlilov V. İ. Leninin 100 illiyinə həsr olunmuş medal və bir sıra fəxri fərmanlarla mükafatlandırılmışdır.[2]