. Love.az

Teymur Bey Novruzov - Wikipedia - Love.az

Ana Səhifə - Teymur Bey Novruzov

Teymur bəy Novruzov (20 aprel 1880, Qovlar – 30 iyun 1961, Nitsa) — Rusiya İmperator Ordusunun zabiti, Azərbaycan Demokratik Respublikasının general-mayoru. Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuşdur.

Teymur bəy Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 20 aprel 1880(1880-04-20)
Doğum yeri Qovlar, Qazax qəzası
Vəfat tarixi 30 iyun 1961(1961-06-30) (81 yaşında)
Vəfat yeri
  • Nitsa
Atası Mirzə Hacı bəy Novruzov
Hərbi fəaliyyəti
Rütbəsi general
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Gəncə üsyanı
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (Rusiya imperiyası) qılınclı və bantlı 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Georgi" xaçı (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Georgi" xaçı (Rusiya imperiyası) 3-cü dərəcəli "Müqəddəs Georgi" xaçı (Rusiya imperiyası) 4-cü dərəcəli "Müqəddəs Georgi" xaçı (Rusiya imperiyası) "Poltava döyüşünün 200 illiyinin xatirəsinə" medalı (Rusiya imperiyası) Medal 100 year 1812 (Rusiya imperiyası)

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Mənbə
    • 3.1 Ədəbiyyat
    • 3.2 İstinadlar

Həyatı

redaktə

Teymur bəy Mirzə Hacı bəy oğlu 20 aprel 1880-ci ildə Qazax qəzasının Qovlar kəndində anadan olmuşdu. Tiflis kadet korpusunda oxumuşdu.

1898-ci ildə hərbi xidmətə başlamışdı. siravi əsgərlikdən general-mayor rütbəsinədək yüksəlmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə ordudakı əla xidmətlərinə görə I tatar atlı alayının komandiri polkovnik Teymur bəy Novruzova general-mayor rütbəsi verilmişdir.[1]

1920-ci ildə bolşeviklərin təzyiqindən Almaniyaya mühacirətə getmişdir.

O, 1961-ci ildə Nitsada vəfat edib.

Mükafatları

redaktə

Teymur bəy 6 dekabr 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 1913-cü ildə 3-cü dərəcəli Müqəddəs Anna ordeni, 2 noyabr 1914-cü ildə 2-ci dərəcəli "Müqəddəs Anna", 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri, "Georgi xaçı", onların lentləri və qılıncla təltif edilmişdi.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.

İstinadlar

redaktə
  1. ↑ Qanunverici aktlar, 1998. səh. 624
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Teymur_bəy_Novruzov&oldid=7847317"
LOVE.AZ