. Love.az

Timur Bey - Wikipedia - Love.az

Ana Səhifə - Timur Bey

Timur Bəy (uyğ. تیمور بیگ), və ya Timur Sijan (1886, Küçə[d] – 1933, Qaşqar, Sincan[d]) — briqada generalı, 1933-cü ildə Şərqi Türkistanda Kumul üsyanı zamanı üsyan liderlərindən biri. 1933-cü ildə Qaşqar döyüşündə iştirak etmiş və daha əvvəl Turfan üsyanı rəhbərlərindən olmuşdur (1932). Türk milliyyətçi partiyası Gənc Qaşqar Partiyasına aktiv üzv olmuş və özünü "Timur Şah" olaraq elan etmişdir.[1] Timur Bəydə Xotan əmirləri Buğra qardaşları (Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra) kimi Şərqi Türkistanı Çindən ayrılaraq müstəqil görmək istəyirdi. 1933-cü ilin avqustunda onun qoşunları Qaşqar yaxınlığında general Ma Zçanqın rəhbərliyindəki Çin Respublikası Milli İnqilab Ordusunun hueylərdən ibarət 36-cı Diviziyası tərəfindən hücuma məruz qaldı. Timur Bəy qətlə yetirilərək, başı kəsildi. Ma Zçanq onun başını 1933-cü il avqustun 9-da Qaşqar şəhərində İd Kah məscidin yaxınlığında asaraq ümumi tamaşaya qoydu.[2][3]

Timur Bəy
uyğ. تیمور بیگ
Şah
Vəzifədədir
1933-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1886
Doğum yeri Külçə, Şərqi Türkistan, Sin İmperiyası
Vəfat tarixi 9 avqust 1933
Vəfat yeri Qaşqar, Sincan
Vəfat səbəbi başın kəsilməsi
Partiya Gənc Qaşqar Partiyası
Fəaliyyəti siyasətçi
Dini islam
Hərbi xidmət
Döyüşlər * Kumul üsyanı
* Turfan üsyanı
Rütbəsi Briqada generalı

İstinadlar

redaktə
  1. ↑ Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 83. ISBN 0-521-25514-7. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  2. ↑ S. Frederick Starr. Xinjiang: China's Muslim borderland. M.E. Sharpe. 2004. səh. 77. ISBN 0-7656-1318-2. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  3. ↑ Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 93. ISBN 0-521-25514-7. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.

Xarici keçidlər

redaktə
  • The Soviets in Xinjiang (1911–1949) by Mark Dickens
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Timur_Bəy&oldid=6908790"
LOVE.AZ