. Love.az

Ting Nesriyyat - Wikipedia - Love.az

Ana Səhifə - Ting Nesriyyat

Ting — Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-dan çox rəngarəng və tərbiyəvi uşaq kitablarının müəllifi Çinarə Köçərlinin təsis etdiyi nəşriyyat. “Sağlam ting, saf meyvədir” devizi ilə fəaliyyətə başlayıb.

Ting
Ting nəşriyyatı
Loqonun şəkli
Sağlam Ting, Saf Meyvədir! Öyrənən Uşaq, Faydalı İnsandır!
Ölkə Azərbaycan
Status Fəaliyyətdədir
Yaranma tarixi 2021
Qurucu Çinarə Köçərli
Qərargah Bakı
Mövzular Uşaq ədəbiyyatı
Janr Hekayə
Sahib Çinarə Köçərli
Sayt ting.az

2021-ci ildə Ting nəşriyyatı VII Bakı Beynəlxalq Kitab Sərgisi, Sumqayıt Kitab Sərgisi, Gəncə Kitab Sərgisi, Milli Kitab və b. sərgilərdə iştirak etmişdir.

Mündəricat

  • 1 Haqqında
  • 2 Sərgilər
  • 3 Nəşrlər
  • 4 Filmlər
  • 5 Videolar
  • 6 Həmçinin bax
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Haqqında

redaktə

2021-ci ildə Türkiyənin tanınmış uşaq yazarı Ufuk Tufanla birlikdə çox önəmli bir layihəyə imza atıb. Belə ki, Kitabi-Dədə Qorqud hekayələrindən ilham alaraq Ufuk Tufanın qələmə aldığı və 5 fərqli dəyərə yer verdiyi “Bamsı Beyrək Divlər Ölkəsində”, “Banu Çiçək Pərilər Diyarında” adlı, nəfis tərtibatlı, 8 yaşdan yuxarı uşaqlara xitab edən hekayələrdən ibarət, müxtəlif rəsmlərdən ibarət, qədim türk kəlimələrinin açıqlamasından və kitabın sonunda dəyərləndirmə testlərindən ibarət 112 səhifəlik kitab işıq üzü görüb. Kitablarda “Dədə Qorqud” dastanının önəmli qəhrəmanlarının səyahəti, başlarına gələn müxtəlif hadisələr uşaqların həyəcan və maraqla kitabı oxumasına səbəb olsa da, daha çox onlara müsbət mənəvi keyfiyyətləri aşılayır, türk millətinin qəhrəman və qorxmazlığını anladır. Belə ki, qəhrəmanların simasında vətən sevgisi, sülhsevərlik, vətənpərvərlik, sirindillik, sadəlik kimi xüsusiyyətlər öyrədilir. Mərhəmətli, nikbin, ədalətli, fədakar olmağa çağırır. Heyvanları sevməyin, təbiəti qorumağın mühümlüyü vurğulanır.[1][2]

Bununla yanaşı “Məktəbə hazırsanmı?”, Gülarə Rüstəmovanın “Oduvançiki”, Diana Quşanovanın kitablarını da nəşriyyatda nəşr etdirilmişdir. Lalə İsmayılovanın “Autizm ev şəraitində təlim" adlı kitabı dəstək olaraq nəşr edilmişdir. Autizm sindromlu uşaqların işrtirakı ilə “Mən hamıdan yaraşıqlıyam” layihəsinin həyata keçirilməsinə dəstək olunmuşudur.

2021-ci ildə www.ting.az saytı istifadəyə verilmişdir.

20 dekabr 2021- ci ildə Bakıda Əl Oyunları və İdman Sarayında – www.ting.az saytının geniş təqdimatı keçirilmişdir.

Sərgilər

redaktə

Nəşriyyat:

6-10 oktyabr 2021-ci ildə Baku Ekspo Mərkəzdə Beynəlxalq Kitab Sərgisində iştirak edib.[3]

44 gün Qarabğda kitabının təqdimatını edib.

30 oktyabr 2021-ci ildə I Sumqayıt kitab sərgisi. "44 gün Qarabağda" kitabının təqdimatı olub.

3 noyabr 2021-ci ildə Sumqayıt Mərkəzi Kitabxanasının təşkil etdiyi Heydər Əliyev Mərkəzində “Gəlin tanış olaq” adlı exprom tədbir.[4]

26 noyabr 2021-ci il Gəncə kitab sərgisi: "44 gün Qarabağda" kıtabının təqdimatı.

27 noyabr 2021-ci il Gəncə kitab sərgisi: "Peyğəmbərlər" kitabının təqdimatı.

17 dekabr 2021 "Marya işıltısı" kıtabına çəkilmiş cizgi filminin təqdimatı.

3 aprel 2021-ci il Uşaq kitab festivalı “Ramazan gündəliyim” kitabının təqdimatı.

6 aprel 2022-ci ildə Sumqayıt Mərkəzi kitabxanasının təşkil etdiyi 25 saylı uşaq bağçasında “Marya ışıltısı” adlı cizgi filminin təqdimatı.

Nəşrlər

redaktə
  • “100 Hekayə hədislərlə”
  • "100 Истории с хадисами"
  • "44 gün Qarabağda" (uşaqlar üçün). hekayələr[5][6][7][8]
  • Autizm: Ev şəraitində təlim
  • “Bamsı Beyrək Divlər Ölkəsində”
  • “Banu Çiçək pərilər diyarında”
  • Boyama: Şuşa (kitabça)
  • “Ərəb əlifbası”[9]
  • “Ərəb dili” (dərslik)
  • “Ərəb dili” (iş dəftəri) (birinci sinif)
  • “Hə-şə-rat-lar a-lə-min-də” — hecalarla özün oxu”
  • Marya and The Hardworking Bees
  • “Marya İşıltısı” (nağıl)
  • Марья и трудолюбивые пчелы
  • Məktəbə hazırsanmı?
  • "Muhəmməd Peyğəmbər" (kitab)
  • Одуванчики
  • “Peyğəmbərlər” (uşaqlar üçün)[10]
  • Quran-Cüzəmmə 30-cu cüz
  • Ramazan gündəliyim

Filmlər

redaktə
  • Fitrə zəkatını necə çıxarmalı? (qısametrajlı bədii film)
  • Həşəratlar. Cizgi film, Marya Işıltısı. (tammetrajlı cizgi filmi)
  • Fil hadisəsi. Əbrəhənin filləri (qısametrajlı cizgi filmi)
  • Mülki-Süleyman (qısametrajlı cizgi filmi)
  • Əyyub peyğəmbər (qısametrajlı şəkilli hekayə)
  • Habil ilə Qabil.Yer üzündə ilk qətl... (qısametrajlı cizgi filmi)
  • Əshab-ı Kəhf: 309 il mağarada... (qısametrajlı cizgi filmi)

Videolar

redaktə
  • İsmayıl qurbanı
  • Təhsil və uşaqlar
  • 44 Gün Qarabağda hekayələr kitabı müsahibə
  • Sumqayıt Kitab Sərgisində “Vətənpərvərlik mövzusunun aşılanması” təlimi
  • Tap Tapmaca həşəratlar.

Həmçinin bax

redaktə
  • Çinarə Köçərli

İstinadlar

redaktə
  1. ↑ ""Ting" nəşriyyatı önəmli layihəyə imza atıb - FOTO". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
  2. ↑ ""Ting"in ilk barı". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
  3. ↑ "Kitab Təqdimatı #44günqarabağdakitabı #uşaq #qarabağ". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
  4. ↑ "Gəlin tanış olaq" adlı seminar və yazıçı Çinarə Köçərlinin "44 gün Qarabağda" kitabının təqdimatı.[ölü keçid]
  5. ↑ Çinarə Köçərli"44 gün Qarabağda"[ölü keçid]
  6. ↑ "Gəlin tanış olaq" adlı seminar və yazıçı Çinarə Köçərlinin "44 gün Qarabağda" kitabının təqdimatı.[ölü keçid]
  7. ↑ ""Nizami ili"ni kitab və uşaq bayramına çevirən Bakı Beynəlxalq Kitab Sərgisi". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
  8. ↑ "Qarabağ müharibəsi uşaq ədəbiyyatında". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
  9. ↑ Çinarə Köçəriyeva. Ərəb əlifbası (üçüncü nəşr)
  10. ↑ "Peyğəmbərlər" - yeni nəsil üçün mənəvi tərbiyə qaynağı

Xarici keçidlər

redaktə
  • ting.az — rəsmi saytı
  • Ting kanalı — YouTube platformasında
  • Ting — Facebook səhifəsi
  • Ting — Instagram səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ting_(nəşriyyat)&oldid=7373037"
LOVE.AZ