. Love.az

Tofiq Ehmedov Jurnalist - Wikipedia - Love.az

Ana Səhifə - Tofiq Ehmedov Jurnalist
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Tofiq Əhmədov.

Əhmədov Tofiq Bəşir oğlu (1934, Laçın – 25 dekabr 2012) — SSRİ Jurnalistlər İttifaqının üzvü.

Tofiq Əhmədov
Tofiq Bəşir oğlu Əhmədov
Doğum tarixi 1934
Doğum yeri Laçın
Vəfat tarixi 25 dekabr 2012
Vətəndaşlığı Azərbaycan SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti

Həyatı

redaktə

1934-cü ildə Laçın şəhərində anadan olmuşdur[1]. Orta məktəbi bitirdikdən sonra 1952-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1957-ci ildə tam kursu müvəffəqiyyətlə bitirmişdir.

İnstitutu bitirdikdən sonra Laçın rayonuna təyinat almış və gənc mütəxəssis kimi öz ixtisası üzrə aqronom vəzifəsində işləməyə başlamışdır.

1959-cu ildə Laçın şəhər orta məktəbində müəllim işləmiş, 1961-ci ildə isə Laçın şəhər 1№li orta məktəbinə tədris hissə müdiri təyin edilmişdir.

1966-cı ildə Laçın Rayon Partiya Komitəsinə təlimatçı təyin edilən T. Əhmədov 1968-ci ildə "Laçın" qəzetinin kənd təsərrüfatı şöbəsinə müdir vəzifəsinə irəli çəkilir. Peşəkarlığı və işgüzarlığı sayəsində 1980-ci ildə məsul katib, 1988-ci ildən isə redaktor müavini təyin edilir.

25 il jurnalist kimi fəaliyyət göstərən T. Əhmıdov 1979-cu ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

Müxtəlif səpkili yazıları hər zaman rayon sakinləri tərəfindən ehtiramla qarşılanmış, yaxşı mənada diqqəti cəlb etmişdir. Rayonun bütün kəndlərini, müəssisə və təsərrüfatlarını bir-bir gəzərək qabaqcıl işçilər, zəhmət adamları, eyni zamanda nümunəvi müəssisələr haqqında silsilə yazılar, maraqlı oçerklər qələmə almışdır.

Həyat yoldaşı və 4 övladı Bakı Dövlət Universitetini bitiriblər.

1992-ci il iyul ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində "Kommersiya-informasiya" xidməti şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1999-cu ilə qədər həmin vəzifədə çalışmış, sonra təqaüdə çıxmışdır.

Tofiq Əhmədov 25 dekabr 2012-ci ildə ömrünün 79-cu baharında dünyasını dəyişdi.

İstinadlar

redaktə
  1. ↑ "Laçın yurdu" jurnalı, № 3(10), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2013. – səh.87–88
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tofiq_Əhmədov_(jurnalist)&oldid=7705428"
LOVE.AZ