Tofiq Hüseyn oğlu Hüseynov (21 aprel 1938, Göycəli, Qazax rayonu – 2 may 2020, Moskva) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Professor, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri.[1]
Tofiq Hüseynoğlu | |
---|---|
Tofiq Hüseyn oğlu Hüseynov | |
![]() | |
Doğum tarixi | 21 aprel 1938(1938-04-21) |
Doğum yeri | |
Vəfat tarixi | 2 may 2020(2020-05-02) (82 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | Filologiya |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili |
Tofiq Hüseynov 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində qulluqçu ailəsində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbi, Göyçəli və Həsənsu kəndlərində orta təhsil almışdır.
1961-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir. "Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və "Qan içində" romanı" mövzusunda namizədlik (1975), "Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı" mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə edib.
4 doktorluq dissertasiyasında elmi məsləhətçidir.