Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — azərbaycanlı dilçi alim, filologiya elmləri doktoru (2003), professor (2013).[1] [2]
Tofiq Hacıyev | |
---|---|
Tofiq Müzəffər oğlu Hacıyev | |
Tofiq Hacıyev BDU-da (2015) | |
Doğum tarixi | (67 yaş) |
Doğum yeri | Neftçala, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
![]() |
Tofiq Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub. 1965-1975-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbdə təhsil alıb. Ali təhsilini 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb.[1][2]
Tofiq Hacıyev əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. O, 1975-1976-cı illərdə Neftçala Rayon Tikinti İdarəsində fəhlə işləyib. Daha sonra 1987-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında baş laborant olaraq fəaliyyət göstərib. 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının metodikası kafedrasında müəllim və baş müəllim kimi çalışıb.[1][2]
1994-2005-ci illərdə yenə həmin universitetin Azərbaycan dilçiliyi kafedrasının dosenti olub. Tofiq Hacıyev Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini vəzifəsini 1994-2000-ci illərdə yerinə yetirib. O, 2013-cü ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professorudur.[1]
Tofiq Hacıyev 1981-1984-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının aspirantı olub. 1986-cı ildə "Tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2003-cü ildə "Tabeli mürəkkəb cümlənin struktur-semantikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya üzrə elmləri doktoru elmi dərəcəsi alıb. Hacıyev 2005-ci ildə dosent, 2013-cü ildə isə professor elmi adını alıb. Tofiq Hacıyevin 55 məqaləsi və 1 kitabı işıq üzü görüb. O, 1 aspirant və 3 dissertanta rəhbərlik edib.[1][2]
Vikianbarda Tofiq Hacıyev ilə əlaqəli mediafayllar var. |