Tofiq Məhəmməd oğlu Məmmədov (5 avqust 1935, Noraşen, Naxçıvan MSSR – 21 may 2019, Bakı) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi.
Tofiq Məmmədov | |
---|---|
Tofiq Məhəmməd oğlu Məmmədov | |
Doğum tarixi | 5 avqust 1935(1935-08-05) |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 2019(2019-05-21) (83 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahələri | tarix, mənbəşünaslıq |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
Tofiq Məmmədov 1935-ci il avqustun 5-də Azərbaycan SSR-in Naxçıvan MSSR-nin Şərur rayonunun Şərur şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Vətən tarix ixtisası üzrə tarix elmləri doktoru dərəcəsi almaq üçün "Qafqaz Albaniyası IV–VII əsrlərdə" mövzusunda dissertasiya işi müdafiə etmişdir. Bakı Dövlət Universitetində 15 il (1970–1982; 1992–1994; 2008–2009) pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Tofiq Məmmədov hal-hazırda A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisidir.[1]
21 may 2019-cu ildə Bakıda vəfat edib.[2]
Tofiq Məmmədovun elmi fəaliyyəti vətən tarixinin tədqiqi ilə bağlıdır. Azərbaycan tarixşünaslığında ilk dəfə məhz o, yunan-latın, bizans, suryani, gürcü, ərəb dilində olan çoxsaylı mənbələri, Azərbaycan və xarici tarixçilərin ən yeni tədqiqatlarını, nəşr olunmuş arxeoloji və etnoqrafik materialları tədqiqata cəlb edilməklə Qafqaz Albaniyasının IV–VII əsrlər tarixini araşdırıb[1]
Tofiq Məmmədov 31 nəşr olunmuş elmi əsərin, 3 monoqrafiyanın müəllifidir.